Çexiyadan biznes nümayəndə heyəti Azərbaycana gələcək

12:56 30-09-2019 | icon 636 | İqtisadiyyat
Çexiyadan biznes nümayəndə heyəti Azərbaycana gələcək

Çexiyadan biznes nümayəndə heyəti Bakıya səfər edəcək.

 

Versus.Az xəbər verir ki, bunu müsahibəsində Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

O, bu cür səfərin planlaşdırıldığını, amma təfərrüatların hələlik açıqlanmadığını bildirib.

 

Səfir əlavə edib ki, bu tədbirlər adətən yüksək vəzifəli şəxslərin səfərləri ilə əlaqəli olur.

M.Ekert bildirib ki, hökumətlərarası komissiyanın beşinci iclası payızda Praqada keçiriləcək:

“Əminəm ki, komissiyanın iclası Çexiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni dövrünə start verəcək”.

 

Səfirin sözlərinə görə, Çexiyanın Bakıdakı səfirliyi iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir:

“2019-cu ildə biz artıq dörd biznes missiya təşkil etmişik. Bu missiyalar kənd təsərrüfatı, enerji, intellektual nəqliyyat sistemləri və aviasiya ilə bağlı olub. Onu da deməliyəm ki, mən nəticələrdən razıyam və biz əməkdaşlığın bu modelini gələn il də davam etdirmək niyyətindəyik”. /Trend/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı