I BAKI BEYNƏLXALQ SƏNƏTKARLIQ FESTİVALI

13:31 30-09-2019 | icon 515 | Mədəniyyət
I BAKI BEYNƏLXALQ SƏNƏTKARLIQ FESTİVALI

“İSLAM DÜNYASINDA İNCƏSƏNƏT VƏ SƏNƏTKARLIĞIN İNKİŞAF PESPERKTİVLƏRİ” I BAKI BEYNƏLXALQ KONQRESİ

 

28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu festival çərçivəsində sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunub.

 

Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qərarına əsasən, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il “Nəsimi ili” elan olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən təşkil olunan sözügedən festival və konqres məhz “Nəsimi İli”-nə həsr olunub. İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.

 

“İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edir.

Konqresin gündəliyinə əsasən, tədbirdə aşağıda qeyd olunan istiqamətlərdə geniş diskussiyalar təşkil olunmuşdur: Bədii toxuculuq – tekstil, xalça sənəti, kəlağayı və s. Bədii metalişləmə – zərgərlik sənəti, misgərlik və s. Bədii oyma sənəti – daş, ağac və s.

 

İki gün davam edən Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub. Konqresin gedişatında Azərbaycan, ərəb və ingilis dillərindən istifadə olunur.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb