Bakıda 10-cu Avropa Film Festivalı fəaliyyətə başlayır

13:48 30-09-2019 | icon 412 | Mədəniyyət
Bakıda 10-cu Avropa Film Festivalı fəaliyyətə başlayır

Avropa İttifaqının Azərbaycandaki nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festiivalını təşkil edib.

 

Versus.Az xəbər verir ki, Avropa Film Festiivalı 2-16 oktyabr tarixlərində keçiriləcək.

 

Bakıda Avropa Film Festiivalını 10 illik yubileyi ilə əlaqədar 14 Avropa günləri keçiriləcək. Proqrama Litva, Latviya, İtaliya, Xorvatiya, Macarıstan, Almaniya, Finlyandiya, Çex Respublikası, Polşa, Hollandiya, İspaniya, Portuqaliya, İsveç kimi Avropa ölkələrindən və Azərbaycan filminin nümayişi daxildir.

 

Yubileylə əlaqədar Park Cinema qonaqlara Festival günlərində gündə bir film təqdim edəcək. Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalını Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir.

 

2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 133 film nümayiş etdirilib, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər etmişdir.

Bu festivalla əlaqədər keçirilən mətbuat konfransında Macarıstanın səfiri Viktor Sederkenyi, Hollandiya səfiri onno kervers, Latviya səfiri Daynis Qarançs və Höte Mərkəzinin rəhbəri Alfons Huk festivalın əhəmiyyətini vurğulayaraq əminliklə bildirdilər ki, festivalda nümayiş olunan filmlər Avropa mədəniyyətini Bakı tamaşaçısına daha da yaxından tanıtdıracaq.

 

Ayəndə Dadaşova
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin