“Rəzalətin ən böyüyü bu düşüncədə olan adamın bir neçə dəfə mandat almasıdır"

14:07 30-09-2019 | icon 878 | Gündəm
“Rəzalətin ən böyüyü bu düşüncədə olan adamın bir neçə dəfə mandat almasıdır"

Əlabbas Məhərrəmli: “Deputatın vəsiqəni borc qarşılığında girov qoyması böyük rəzalətdir”

 

Günlərdir müzakirə olunan millət vəkili Rafael Cəbrayılovun pul krediti müqabilində deputat vəsiqəsini girov qoyması məsələsi hələ də aktuallığını qoruyur.

 

Bunu Versus.Az-a politoloq Əliabbas Məhərrəmli milət vəkili Rəfail Cəbrayılovun deputat vəsiqəsini girov qoyması ilə bağlı açıqlamasında deyib:

 

“Rəzalətin ən böyüyü isə o düşüncədə olan adamın bir neçə dəfə mandat almasıdır. O vəsiqə həmin deputata minlərlə seçicinin etimadı sayəsində verilib. Vəsiqəni girov qoymaq həm də insanların etimadını itirməkdir, dövlətçiliyə həqarətdir. Bu gün həmin deputatın Milli Məclisə ünvanladığı məktubu isə məhz ictimai qınağın nəticəsi kimi qiymətləndirmək olar. Nə seçiciləri, nə də həmkarlar bu məsələyə biganə qalmadılar, əksinə, hamı qınadı. Bu gün özü mandatından imtina elədi. Bu həm də başqalarına da dərs olacaq”.

 

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev məsələ ilə bağlı açıqlamasında deyib ki, qanunvericilik şəxsə məxsus heç bir sənədi girov qoymağa imkan vermir. Vəkil bildirir ki, şəxsiyyəti, onun hər hansı bir statusunu təsdiq edən, yəni sürücülük, əlillik, deputat vəsiqəsi, yaxud xarici pasportu girov qoymaq olmaz. Çünki onların maddi dəyəri yoxdur. Bundan əlavə qeyd olunan sənədlər girov qoyulduğu zaman heç bir hüquqi məsuliyyət yaratmır. Ancaq bu, mənsub olduğu qurumla bağlı mənəvi və intizam məsuliyyəti yarada bilər. Tutaq ki, partiya üzvlüyü haqqında vəsiqə girov qoyulursa, bu, həmin partiyada müzakirə olunub, şəxsə hansısa cəza tətbiq oluna bilər. Yaxud deputat vəsiqəsi girov qoyulubsa, buna Milli Məclisin İntizam Komissiyası baxıb şəxs barədə hansısa məsuliyyət tətbiq edə bilər.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı