“Azərbaycana təzyiq vasitəsilə Ermənistana yardım göstərmək istəyirlər”

12:56 05-04-2018 | icon 593 | Siyasət
“Azərbaycana təzyiq vasitəsilə Ermənistana yardım göstərmək istəyirlər”

“Sui-istifadə etməyə çalışan qüvvələr məqsədlərinə nail ola bilməyəcəklər”

 

“Təsirlər daha çox Şimaldan gəlir. Avropa ölkələrində yerləşən bəzi mühacirlərimiz də seçkilərlə bağlı öz qaraguruhçu dəstəkçilərini işə salıblar. Seçkilərlə bağlı o qədər də xoş olmayan, bəzən söyüş həddinə çatdırılan fikirlər söyləyirlər. Bu fikirlər heç də yerlərdəki reallığı əks etdirmir. Amma belə təbliğatın heç bir mənası yoxdur və seçkilərə heç bir mənfi təsirləri olmayacaq”.

 

Bunu Versus.Az-a politoloq Qabil Hüseynli 11 aprel seçkisinin  görünməyən siyasi tərəfləri və xarici qüvvələrin Azərbaycana qarşı yönəltdiyi təzyiq və təsirləri şərh edərkən bildirib.

 

Q.Hüseynli seçkilərin MSK-nn ciddi nəzarəti altnda olduğunu önə çəkib və seçkiqabağı mühitin demokratik olduğunu bildirib:

 

“Yerli hakimiyyət orqanları bu işdə yaxndan iştirak edirlər. Prezidentliyə namizədlər üçün İctimai Televiziyada ayrılmış vaxt başa çatıb. Hazırda namizədlər yerlərdə əhali ilə görüşlər keçirirlər ki, bunun üçün də münasib şərait yaradılır. Dövlət qəzetlərində də namizədlərə pulsuz təbliğat vaxtı ayrılıb. Seçki siyahıları hazırdr, seçki bülletenlərinin çapı başa çatmaq üzrədir”.

 

Politoloq xaricdən, əsasən Avropa ölkələrindən gələn müşahidəçilərin seçki ilə bağlı yanaşmalarına xüsusilə diqqət çəkib. Bildirib ki, indiyə qədər ATƏT-in monitorinq komissiyası, eləcə də Bolqarıstan və bir sıra Avropa ölkələrindən gələn nümayəndə heyəti seçkilər haqqında heç bir mənfi fikir söyləməyiblər. Əksinə, xarici nümayəndələr seçkilərə hazırlığın qənaətbəxş olduğunu deyiblər:

 

“Xarici nümayəndələr daha çox namizədlərin keçirdiyi görüşlərin, televiziya debatlarının monitorinqini aparır və MSK-nn gördüyü işlərlə tanış olurlar. Bu nöqteyi-nəzərdən seçkilərə hazrlıq və onun keçirilməsi üçün lazım olan şərtlər meydandadır. Mən seçkilərdən hər hansı bir sürpriz gözləmirəm”.

 

Politoloq sesçki ərəfəsində xaricdən gələn təsirlərin görünməyən tərəflərini önə çəkib. Bildirib ki, bəzi qüvvələr Azərbaycanda seçkiləri pozmaq, qarışıqlq yaratmaq üçün hər vasitədən istifadə etməyə çalışırlar:

 

“Xarici qruplar seçki vəziyyətindən istifadə edərək Azərbaycana təzyiq göstərirlər. Bəzi dövlətlər var ki, Azərbaycanda seçki ərəfəsində və seçki günü ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Gah azsaylı xalqların nümayəndələrinin adından istifadə etməyə çalışırlar, gah da ağlasığmayan təhqirlər irəli sürürlər. Amma Azərbaycan dövləti kifayət qədər möhkəmdir və belə təzyiqlərə sinə gərməyi bacarır. Seçkilərlə bağlı yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışan qüvvələr məqsədlərinə nail ola bilməyəcəklər”.

 

Q.Hüseynli bu cür qaraguruhçu təxribatın aparılmasını Azərbaycanın getdikcə regionun güc dövlətinə çevrilməsi ilə əlaqələndirib:

 

“Bu dövlətlər Cənubi Qafqazı öz təsirlərində saxlamaq istəyirlər. Azərbaycan isə Cənubi Qafqazda lider dövlətə çevrilir və müstəqil siyasət yürüdərək, regiondakı gücü, nüfuzu artır. Ən əsası isə separatçı Ermənistanın Azərbaycana qarşı təcavüzü qalır ki, bu faktın arxasında Şimal qonşumuz dayanır. Tez-tez səsləndirdiyimiz - “Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzü təmin edəcəyik və erməni separatizminin nəticələrini aradan qaldracağıq” fikirləri bu qüvvələrə xoş gəlmir. Azərbaycana təzyiq vasitəsilə Ermənistana yardım göstərmək istəyirlər”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı