Parlamentdə bayraqla bağlı müzakirələrdə deputatdan təklif

16:32 30-09-2019 | icon 285 | Siyasət
Parlamentdə bayraqla bağlı müzakirələrdə deputatdan təklif

““Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9.5-ci maddəsində göstərilir ki, dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi ən azı 3 metrdən yüksək olsun. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Əgər biz qanunu qəbul edib onu bayraq adlandırırqsa, ona parça deməyə mənəvi haqqımız yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirə olunan zaman deyib.

 

H.Babaoğlu bildirib ki, həmin maddədə “parça” sözü “bayraq” sözü ilə əvəz olunmalıdır. Millət vəkili həmçinin, qeyd edib ki, qanunun 9.3-cü maddəsində “dövlət bayrağı bütöv olmalı” sözünə də ehtiyac yoxdur. Çünki bayrağın bütöv olması şərtdir.

 

Azərbaycan Respublikası Baş nazirinin dövlət bayrağından istifadə qaydaları haqqında qərarına gəlincə, H.Babaoğlu deyib ki, bu məsələni vaxtilə müxalifət gündəmə gətirərək ictimai rəylə manipulyasiya etdi:

“Burada rənglərin sağdan sola və soldan sağa düzümü məsələsi var. Ona görə də, bayrağa üzbəüz durub baxsaq, qaydalara uyğundur. Yerimizi dəyişdikcə, rənglərin yeri dəyişəcək. Əslində, belə qərarın verilməsinə xüsusi ehtiyac yoxdur. Amma əgər qərar qəbul olunubsa, tənqid etdiyimiz qədər ona bəraət də verə bilərik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”