Tatyana Polyakovanın etiket və peşəkar ünsiyyət mövzusunda mühazirəsi olacaq

16:42 30-09-2019 | icon 490 | Mədəniyyət
Tatyana Polyakovanın etiket və peşəkar ünsiyyət mövzusunda mühazirəsi olacaq

Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın «Etiket və peşəkar ünsiyyət» mövzusunda mühazirəsi keçiriləcək.

 

Heydər Əliyev Mərkəzindən Versus.Az-a verilən məlumata görə, tədbirdə Tatyana Polyakova insan haqda təəssürat yaradan əsas məqamlar haqqında söhbət açacaq. Səs tembri, geyim tərzi, baxış, intonasiya, nitq qabiliyyəti, xahiş və minnətdarlıq ifadələri, hədiyyələr və hətta ayaqqabı dabanının hündürlüyi kimi nüanslara da toxunulacaq. Mühazirəçi eleqantlığın əsas əlamətləri, davranış qaydaları barədə söz açacaq.

 

Bir çox ölkələrdə geniş auditoriyaya malik Tatyana Polyakova, həmçinin Avropada, Amerikada mövcud olan etik normalardan və Asiya ölkələrinə xas ənənələrdən danışacaq. O, davranış və nəzakət qaydalarında genetik ənənələri öz xeyrinə necə istifadə etməyin sirlərini də açıqlayacaq.

 

Tatyana Polyakova etiket üzrə dünyada tanınmış mütəxəssisdir. Tallində doğulub. Monako Knyazlığında etiket öyrətmək üzrə lisenziyanın yeganə sahibidir. Mədəniyyətlərarası kommunikasiya üzrə kursların müəllifidir. Bir neçə xarici dildə danişmaq qabiliyyətini, beynəlxalq şirkətlərdə iş təcrübəsini, etnoqrafik ekspedisiyalarını və səyahətlərini boyük ustalıqla ünsiyyət və etiket üzrə biznes layihəyə çevirib.

 

Tatyana Polyakovanın Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinə biletlərin qiyməti 29, 39 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür