“Bu, Avropa və müsəlman dünyası ölkələrini birləşdirən unikal beynəlxalq platformadır"

16:38 05-04-2018 | icon 564 | Gündəm
“Bu, Avropa və müsəlman dünyası ölkələrini birləşdirən unikal beynəlxalq platformadır"

“Bizim gücümüz mədəni müxtəliflikdədir və multikulturalizmin alternativi yoxdur”.

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində çıxışı zamanı bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Ermənistandan fərqli olaraq, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası dialoqun, sivilizasiyaların dialoqunun, həmçinin multikulturalizmin mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Prezident xatırladıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub:

 

“Biz multikulturalizm dəyərlərini, dinlər arasında sülh və əməkdaşlığı təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. Bu tədbirlər arasında multikulturalizm işinə töhfə verən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda müntəzəm keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər var”.

 

İlham Əliyev deyib ki, Azərbaycan “Bakı Prosesi”nin başlanmasına təşəbbüs göstərib:

 

"İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası üzv dövlətlərinin rəsmi şəxslərini dəvət etmək bizim təşəbbüsümüz idi. Azərbaycan hər iki təşkilata daxil olan azsaylı ölkələrdən biridir. Biz onları Bakıya mədəniyyətlərarası dialoq və etnik və dini zəmində gərginliyin azaldılması məsələlərinin həlli, dialoq və qarşılıqlı anlaşma üçün platformanın yaradılması və dünyada ksenofobiya problemlərinin ciddi şəkildə həlli üçün dəvət etmişdik”.

 

Dövlət başçısı əlavə edib ki, bu təşəbbüs BMT tərəfindən dəstəklənib və bu il “Bakı Prosesi”nin 10 illiyi qeyd ediləcək:

 

“Bu, Avropa və müsəlman dünyası ölkələrini birləşdirən unikal beynəlxalq platformadır. Bu platforma bütün ölkələrə açıqdır və onun məqsədi müxtəlif ölkələr, dinlər və etnik qrupların nümayəndələri arasında anlaşmanı daha da yaxşılaşdırmaqdır”.

 

Prezident Azərbaycanın öz tarixi ilə fəxr etdiyini bildirib:

 

“Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc və şərəflə yaşayıblar və bu gün bizim tarixi abidələrimiz bu mədəni müxtəlifliyi əks etdirir. Bizim gücümüz mədəni müxtəliflikdədir və multikulturalizmin alternativi yoxdur. Bunun əksi ayrı-seçkilik, ksenofobiya, islamofobiyadır. Ona görə də hesab edirəm ki, biz bu məsələləri həll etməliyik və Azərbaycan bu dəyərlərin təbliğində mühüm rol oynamaqda davam edəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI