“Göz səyriməsi” hansı xəstəliklərdən xəbər verir?

16:13 02-10-2019 | icon 919 | Sağlamlıq
“Göz səyriməsi” hansı xəstəliklərdən xəbər verir?

Qeyri-iradi əzələ daralması həm ciddi xəstəlik, həm də sadə stres göstəricisi ola bilər.

 

Miokimiya - bu, gözətrafı əzələnin qeyri-iradi daralması və ya “göz səyriməsi” kimi bilinən sinir xəstəliyinin elmi adıdır.

 

Həkimlərin sözlərinə görə, bu, çox geniş yayılmış haldır. Ancaq “göz səyriməsi” bir aydan artıq davam edirsə, bu, hər hansı sağlamlıq problemindən xəbər verir. Xüsusilə “göz səyriməsi” ilə gözətrafı əzələlərlə yanaşı, üzün bütün hissəsi yığılıb-açılırsa, bu halda mütləq həkimə müraciət etmək lazımdır. 

 

Miokimiya xəstəliyinin başqa səbəblərdən yaranan simptomları aşağıdakılardır:

Müxtəlif nevroloji xəstəliklər səbəbindən mərkəzi sinir sisteminin zədələnməsi (blefarospazm və ya Lu Qeriq xəstəliyi, Parkinson xəstəliyi); 

yoluxucu infeksion xəstəliklər; 

mikroelement, xüsusilə maqnezium və B vitaminlərinin çatışmazlığı;

kompüterdə çox işləmək və s. kimi uzunmüddətli göz yorğunluğu;

stres və digər səbəblər;

 

Mütəxəssislərin qeyd etdiyi kimi, miokimiyanın dəqiq səbəbini müəyyənləşdirmək və sağlamlıq üçün nə dərəcədə təhlükəli olduğunu öyrənmək məqsədilə həkim müayinəsindən keçmək məsləhətdir. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı