NƏSİMİ FESTİVALI ARTIQ TARİXƏ ÇEVRİLDİ
Görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi-şeir, incəsənət və mədəniyyət festivalının” son akkordları Heydər Əliyev Mərkəzində səsləndi. Belə ki, məşhur türk rəssamı Əhməd Günəştəkinin Marlborough Qalereyası ilə birlikdə “Yaddaş əlifbası” adlı fərdi sərgisinin açılışı məhz bu mədəniyyət ocağında baş tutdu.
Versus.Az-ın məlumatına görə, sərgidə təqdim olunan əsərlər özünəməxsus bir hava yaradaraq, orijinallığı ilə seçilir. - “Azərbaycan bizim üçün qardaş bir ölkədir. Burada sənətə və mədəniyyətə çox böyük önəm verilidiyi üçün bu sərginin təqdimatı məndə bir həyəcan yaşadır.
Budəfəki sərgim bütövlüklə Nəsimiyə həsr olunur və onun yubileyinə həsr olunmuş festivalda təqdim olunur. Sərgi 2019-cu il martın 30-na qədər davam edəcək” deyə, rəssam öz şərhində bildirdi. Sərgilənən əsərlər bütövlüklə hərflərdən hazırlanan tablolardan ibarətdir.
Sərgiyə girişdə hərflərlə dolu bir qəfəs dayanıb və ətrafına da hərflər səpələnib. Bu, Nəsiminin dünyaya yadığı ideyalarını sözlərə çevrən hərflərdir. Sərginin açılışından sonra Mərkəzin səhnəsində bağlanış qala-tamaşası canlandı. Tamaşa özünəməxsus bir tərzi ilə seçildi. Tamaşanın ideyası Nəsimi Festivalının üç əsas mövzusuna müraciət etməkdir. Buna görə də üç alleqorik fiqurun dərhal görünüşünü dəyişən geyimlərdə Şeir, İncəsənət və Mədəniyyətin simvolu kimi insan həyatının üç mərhələsi ilə - uşaqlıq, gənclik yetkinliklə əlaqələndirilir.
Tamaşa üçün seçilən musiqi paradoksal və üslub cəhətdən ziddiyatlı görünsə də, son dərəcə diqqətlə seçilmişdir. Tamaşanın quruluşu və təqdimatında yerli musiqiçi və aktyorlarla yanaşı Rusiya, Çexiya, İran, Mərakeş, Türkiyə, İordaniya, ABŞ sənətçiləri də iştirak ediblər.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Urmiya gölünün son peyk görüntüsü
Gölün cənubunda suyun səviyyəsinin bir qədər çox...