“Sarmaşıqlı məzarlar”

19:34 05-04-2018 | icon 657 | Mədəniyyət
“Sarmaşıqlı məzarlar”

Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində daha bir sənədli filmin təqdimatı olub.

 

Versus.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç, Bakı Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zafer Ocak, Türkiyənin Azərbaycandakı səfirliyinin, Müdafiə Nazirliyinin əməkdaşları, Fondun Gənclər Klublarının üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimini açan təşkilatçı qurumun icraçı direktoru Oktay Səmədov maarifçilik işinin həyata keçirilməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, “Aranfilm”in itehaslı olan “Sarmaşıqlı məzarlar” filmi 1918-ci ilin martında Azərbaycana köməyə gəlmiş və döyüşlərdə şəhid olmuş Türk əsgərlərinin xatirəsinə həsr olunub. O.Səmədov filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə kimi dəyərləndirib.

“Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç iştirakçılara yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. Bədii rəhbər sənədli filmlərin gənclərin dünyagörüşünün və elmi biliklərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bakı Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən filmin çəkilməsinə, xüsusən, gənclərə nümayiş olunmasına dəstək göstərənlərə minnətdarlığını bildirib. C.Özdəmir iki xalqın qardaşlıq nümunələri olan hadisələrdən danışaraq, Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 4 iyun 1918-ci il tarixdə bağlanmış Batumi müqaviləsinə əsasən, Qafqaz İslam Ordusunun Nuru Paşanın başçılığı ilə Azərbaycana köməyə gəldiyini, könüllülərin öz azərbaycanlı qardaşları ilə birgə qədim türk torpağı uğrunda qəhrəmanlıqla döyüşdüklərini xatırladıb.

 

Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zafer Ocak Türkiyə-Azərbaycan arasındakı hərbi münasibətlərin tarixindən bəhs edib, ikitərəfli əlaqələrin bölgədə sabitlik və sülhün qurulmasına xidmət etdiyini vurğulayıb.

Filmin qəhrəmanı – Bakı Yunus Emre İnstitutunun əməkdaşı Ali İhsan Çevik tədbirdə çıxış edərək, belə layihədə iştirak etməkdən qürur duyduğunu dilə gətirib.

Filmdə babasının məzarını axtarıb tapmağa gəlmiş türkiyəli gəncin ona bələdçilik edən tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanovun köməyi ilə Azərbaycanın bütün bölgələrində olan naməlum türk əsgərlərinin məzarlarını ziyarət etməsi göstərilir. Bələdçi məzarların hər biri barədə geniş məlumat verir.

Filmin nümayişindən sonra tədbir müzakirələrlə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin