“Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım ” ictimai birliyi konfrans keçirdi

14:52 03-10-2019 | icon 493 | Cəmiyyət
“Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım ” ictimai birliyi konfrans keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” ictimai birliyi “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili” layihəsini icra edir.

 

Versus.Az-ın məlumatına görə, layihə əlilliyi olan gənclər arasında Azərbaycan ədəbiyyatının görkəmli şairi barədə məlumatın düzgün çatdırılması, onların informasiya balansını artıraraq, maarifləndirilməsinə dəstək olmaq, Nəsimi ili - istedadlı əlillərin tamaşa və şeir müsabiqəsini təşkil etməyə həsr olunub.

 

“Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” ictimai birliyi “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili” layihəsi çərçivəsində konfrans keçirib. Bu barədə Versus.Az-a Birliyin sədri Mətanət Quliyeva məlumat verib. Onun sözlərinə görə, konfransda əlilliyi olan gənclər, ədəbiyyatçılar, bir sıra muzeylərin əməkdaşları QHT və nümayəndələri iştirak ediblər.


Daha sonra ekspertlər, ədəbiyyatçılar belə layihələrin önəmindən danışıblar. Nəsiminin yaradıcılığı geniş müzakirə olunub. Nəsimiyə həsr olunmuş slaytlar nümayiş edilib. Çıxışçılar dövlət başçısının 2019-cu ili Nəsimi ili elan etməsini Azərbaycan tarixinə, ədəbiyyatına olan qayğı və diqqət kimi dəyərləndiriblər.

 

Konfransın ikinci hissəsində əlilliyi olan gənclər Nəsiminin qəzəllərindən "Məndə sığar iki cahan" adlı tamaşa göstəriblər.

Tamaşa konfrans iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılandı.

 

Tədbir çay süfrəsi ətrafında müzakirələrlə davam edib.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI