"...Türkiyə özünü qorumalıdır”

01:11 04-10-2019 | icon 919 | Geopolitika
"...Türkiyə özünü qorumalıdır”

 “Bizimlə oyun oynayanlara demək istədiyim budur ki, hec gözləmədiyiniz bir zamanda zərbə endirə bilərəm, cünki Türkiyə özünü qorumalıdır”.

 

 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış 3-cü qanunverici ilinin açılşı mərasimində çıxışı zamanı bəyan edib. Ərdoğan ABŞ-ın Türkiyənin başını yenidən aldatmaqla məşğul oldugunu bildirib.

 

Türkiyə rəsmisinin məlum bəyanatını Versus.Az-a şərh edən politoloq Ramiyə Məmmədova bildirib ki,  Türkiyə təhlükəsizlik bölgəsi yaratmaq niyyətində olduğunu bildirdikdən sonra ABŞ tərəfindən yeni narazılıqlara səbəb olub və və hər iki dövlət arasındaki gərginlik bir az da artıb.

 

Ramiyə Məmmədova bildirib ki, Türkiyə Suiryalı qaçqınların öz ölkəsinə qayıdışını təmin etmək istəyir. Onun sözlərinə görə, Ərdoğan təəssüf hissi  “Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılması ilə bağlı arzu etdiyimiz nəticəni əldə edə bilmədik” –deyə bildirib.

 

 “Türkiyədə hazırda 3 milyon suriyalı qaçqın var. Türkiyə təhlükəsizlik zolağını yaratmaqla bu qaçqınların ən azı yarısının Suriyaya qayıdışını təmin etmək istəyir.  Daha sonra ABŞ Türkiyənin geri cəkilməyəcəyini görərək NATO müttəfiqinə gərginliyi aradan galdırmaq  niyyətiylə təhlükəsizlik bölgəsinin birlikdə yaratmalarını və bu bölgənin birlikdə qorunmasını təklif etdi. Türkiyə Suriya müharibəsində ən cox zərərçəkən ölkə olmuşdur. Belə ki, Suriyadan qaçqın düşən insanlar Türkiyə sərhədlərini keçərək bu dövlətdə yerləşdilər. Bu gün Türkiyədə 3.5 milyona yaxın Suriya qaçqını yaşamaqdadır. Türkiyənin qaçqınlara göstərdiyi ev sahibliyi, həm ABŞ la olan gərginlik həm də Suriya qaçqınlarına büdcədən edilən sosial yardımlar ölkə iqtisadiyyatına təsirsiz keçmədi. Bir ay müddətinə Türkiyənin ABŞ-a təhlükəsizlik bölgəsinin formalaşdırılmasında yardım etmələri və terror güvvələrinin bu bölgələrdən geri cəkilməsinə verdiyi tarix bitdi. ABŞ Münfisdə oynadığı oyunları indi də təhlükəsizlik bölgədə oynayır və Türkiyənin sadəcə zaman itirməsinə hesablanıb. Bir necə dəfə dövlət başçısının və digər dövlət rəhbərlərinin təkidlə ABŞ  -a verilən bəyanatlar ABŞ tərəfindən göründüyü kimi ciddi garşılanmadı. Ərdoğanın son cıxışıda buna hesablanaraq bizim itirəcək zamanımız yox, mütləq şəkildə suriyalılar öz ölkələrinə dönməlidir dedi.  Ərdoğan çıxışının sonunda, - “bizimlə oyun oynayanlara demək istədiyim budur ki, hec gözləmədiyiniz bir zamanda mən zərbə endirə bilərəm, cünki Türkiyə özünü qorumalıdır” - deyə, Ərdoğan bəyanat verdi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı