“Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş təxribatla bağlı vəziyyət araşdırılır

09:33 04-10-2019 | icon 1145 | Siyasət
“Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş təxribatla bağlı vəziyyət araşdırılır

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Lüksemburqdakı “Jozi Bartel” stadionunda UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş təxribatla bağlı vəziyyəti araşdırır.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.

 

L.Abdullayevanın sözlərinə görə, Azərbaycanın akkreditə olunmuş səfirinə Lüksemburq XİN-lə bu məsələ ilə bağlı danışmaq və təxribatın günahkarlarının lazımi məsuliyyətə cəlb olunmalarını tələb etmək tapşırılıb.

 

UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb.

 

Belə ki, "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ Respublikası"nın "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra oyun davam etdirilib.

 

Qeyd edək ki, oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...