İqtidarı dostlarını itirməməyə, düşmənlərini dost etməyə çağırıram!

10:07 04-10-2019 | icon 1177 | Kürsü
İqtidarı dostlarını itirməməyə, düşmənlərini dost etməyə çağırıram!

Azərbaycan böyük dəyişikliklər astanasındadı

QÜDRƏT İSAQOV

/ Prof.Dr./

 

Azərbaycanda iqtidarla müxalifət arasında münasibətlər gərginləşib. Gərginlik özünü iqtidar daxili münasibətlərdə də kəskin şəkildə göstərməkdədir.

 

Baş nazirin müavini, YAP-ın 2-ci adamı Əli Əhmədov özünə məxsus bir metod təklif edib. Bütün YAP-ı müxalifətə qarşı birləşməyə çağırıb.

YAP-ın 3-cü adamı Siyavuş Novruzov Əli Əhmədovdan da unikal bir addım ataraq vəzifədən kənarlaşdırılmış və altlarına mövcud iqtidarın hesabına milyardlar yığmış bütün nazirləri sözlərini deməyə və mövqelərini bildirməyə çağırıb.

 

YAP-ın qurucularından olan Eldar İbrahimov 3-cü unikal addım ataraq iqtidarın tərəfinə meyl etmiş keçmiş müxalifətçıləri hakimiyyətin yaxın çevrəsinə buraxmamağa çağırıb.

 

Prezidentin köməkçisi Əli Həsənov iri həcmli məqalələr yazaraq Prezident Heydər Əliyevin, İlham Əliyevin xidmətlərini açıqlayır.

 

İnternet televiziyaları olan Youtube kanallarının əksəriyyəti iqtidarın fəaliyyətini tamamilə qaralamaq siyasəti yeridirlər.

Yeni Musavat qəzetinin canlı yayımları iqtidar müxalifət dialoqları və ya monoloqları qurur.

 

Qaynar dəyişikliklər fonunda söyüş müxalifəti sonuncu plana keçib. Söyüş ritorikasını heç kəs qəbul etmir.

 

Prezident İlham Əliyev situasiyanı nəzarətdə saxlamaqla proseslərə müdaxilə etmir. Məncə Prezident situasiyanı daha dəqiq qiymətləndirmək və gələcəkdə daha hansı addımlar atmaq haqqında düşünür.

 

Fikrimcə Azərbaycan böyük dəyişikliklər astanasındadır.

Belə taleyüklü bir zamanda yüksək ranqlı məmurlar iqtidarla xalq arasında körpü rolunu oynamalı olduqlarını unudublar.

 

Əli Əhmədova, Siyavuş Novruzova və Eldar İbrahimova məsləhətlərim:

Əli müəllim, yuxarıda göstərdiyim çağırışınızın əvəzinə hamını İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmaq və bu birliyin mexanizmələri haqqnda real təkliflər verməyiniz daha faydalı olardı.

 

Eldar müəllim, təklifiniz tamamilə səhvdi və iqtidarın təcrid olunması deməkdir. Yaxşı oldu ki, siz sonradan öz dediyinizi təkzib etdiniz.

Siyavuş müəllim, təklifiniz mənim çox xoşuma gəldi. Amma yarımçıq oldu. Yəni milyardları altlarına yığan insanları ancaq mövqe bildirməyə çağırmaq azdı. Onları mövqe bildirməyə çağırmaqla yanaşı milyardlarını Azərbaycan iqtisadiyyatına yatırmağa çağırmaq lazım idi. İndi də gec deyil. Siz parlamentdə maliyyə amnistiyası haqqında məsələ qaldırın. Qanun qəbul edin. Qanun qəbul olunsa hamı öz milyardlarını Azərbaycan iqtisadiyyatına qoymağa məcbur olacaq. Ölkəmizdə insan rifahı yüksələcək.

 

Bütün yüksək rütbəli məmurları prezidentlə xalq arasında, prezidentlə təşəbbüskar insanlar arasında körpü olmağa səsləyirəm.

Bütün yüksək ranqlı məmurları təşəbbüskar insanlarla görüşməyə səsləyirəm. Məsələn prezidentin köməkçisi Əli Həsənov dəfələrlə deyib ki, biz hər bir qrupla, hətta iqtidarla işləmək istəyən istənilən şəxslə dialoqa hazırıq. Əli Həsənovun öz sözünə istinad edərək onu mənimlə və digər təşəbbüskar insanlarla səmərəli görüşə çağırıram.

Bu gün tarix Prezident İlham Əiyevə böyük şans verib.

 

İctimai-siyasi situasiyanın gərginləşməsinin özü də tarixi bir şansdı. Bu günkü gərgin vəziyyət hər bir insanı, prezidenti, yüksək ranqlı məmurları dərindən düşünməyə məcbur etdiyindən doğru yolların tapılması üçün yeni şanslar deməkdi. 

 

Cənab Prezidenti milyarderlərə maliyyə amnistiyası verməklə öz milyardlarını Azərbaycan iqtisadiyyatına yatırmağa məcbur etməyə çağırıram. 

 

Ölkəmizdə insan rifahının sürətlə yüksəlməsi milli həmrəylik yaradacq. İqtisadiyyatımız yüksələcək. Ordumuzun silahlanması və döyüş qabiliyyəti artacaq. O zaman torpaqlarımızı asanlıqla ya sülh, ya da müharibə ilə alacağıq.

 

Bu çətin zamanda iqtidarın yüksək rütbəli məmurlarını dostları ilə düşmənlərini yaxından tanımağa, dostlarını itirməməyə, düşmənlərini dost etməyə çağırıram! Milyardlar Azərbaycan üçün işləməlidi. Xarici ölkələrdə yığılan milyardlar heç kimə qalmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür