Qışda hamilə olan qadınlara bunlar olmaz

10:21 04-10-2019 | icon 349 | Sağlamlıq
Qışda hamilə olan qadınlara bunlar olmaz

Mütəxəssislər qışda hamilə olan qadınlara xəbərdarlıq edir. Onlar bildirir ki, yayda olduğu kimi qışda da hamilələr müəyyən məqamlara diqqət etməlidir.

 
 
Versus.Az mütəxəssislərin qış hamilələri üçün tövsiyələrini diqqətinizə çatdırır.
 
 

İctimai yerlərdə və bağlı yerlərdə çox olmayın

 
Havanın soyuq olması bir çox insan kimi hamilə xanımları da böyük alış-veriş mərkəzlərinə məhkum edib. Ancaq hamilələrə bu cür qapalı yerlərdə olmalarını tövsiyə etmirik. Bulaşıcı xəstəliklərin sıx rastlandığı qış aylarında qapalı yerlərdə yetəri qədər havalandırma söz mövzusu olmadığı üçün sizə və uşağınıza xəstəlik bulaşma riski olduqca yüksəkdir.
 
 

Piyada gəzməyi yaddan çıxarmayın

 
 
İki can daşıyıram çox hərəkət etməməyim lazımdır düşüncəsini beyninizdən atın. Çünki nə qədər çox hərəkət edər və piyada gəzsəniz doğumunuz o qədər asan olacaq. Amma ağır məşqlərdən uzaq durmağa çalışın.
 
 

Həftədə 3 gün balıq yeyin

 
Qış hamilələri günəşin vermiş olduğu vitamin və minerallardan çox faydalana bilməz. Buna görə sümük inkişafı üçün lazım olan kalsiumu həftədə 3 gün balıq yeyərək ala bilərsiniz.
 
 

Yatmazdan qabaq bananlı süd için

 
 
Protein(zülal), kalsium və potasium ehtiyacınızı yatmazdan bir saat öncə içə biləcəyiniz bir stəkan bananlı süd ilə qarşılaya bilərsiniz.
 
 

Ayaqqabı seçimi

 
Hamilələr ayaqlarını soyuqdan qoruyacaq uyğun bir ayaqqabı seçməlidir. Duruşu dəstəkləyən, dabanı rahat və sürüşməyən bir ayaqqabı olmasına diqqət edilməlidir. Ayaqların isti qalması əhəmiyyətli olduğundan pambıqlı və ya yunlu corablar geyinə bilərlər. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI