"Yeni tərəfdaşlıq sazişinin imzalanması üçün çox yaxşı zəmin var"

12:58 04-10-2019 | icon 310 | Siyasət
"Yeni tərəfdaşlıq sazişinin imzalanması üçün çox yaxşı zəmin var"

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişinin imzalanması üçün artıq çox yaxşı zəmin var.

 

Versus.Az xəbər verir ki, bunu "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

 

Onun sözlərinə görə, artıq köhnə sazişin imzalanmasından 20 il vaxt keçib.

Səfirin fikrincə, yeni tərəfdaşlıq sazişi daha mütərəqqi layihələrin təşəkkül tapması üçün bünövrə olacaq:

"Biz hazırda İqtisadiyyat Nazirliyi ilə növbəti iki il üçün əməkdaşlıq sazişinin imzalanması üzərində işləyirik. Ümid edirik ki, bu il o da gercəkləşəcək".

 

K.Yankauskas qeyd edib ki, Azərbaycanda sosial müdafiə sahəsi ən ciddi dəyişikliklər ilə fərqlənən sahədir:

"Pensiya islahatı, sosial xidmətlərlə bağlı layihələrin icrası, DOST Agentliyinin yaradılması buna nümunədir. Təhsil, insan kapitalı sahəsinə yatırımların edilməsi və bunun gələcək məşğulluqla əlaqələndirilməsi, bacarıqlara olan ehtiyacların müəyyən edilməsi gələcəyə aparan yoldur. Aİ bu işlərdə iştirak etməkdən məmnundur. Biz hər zaman qabaqcıl təcrübəni paylaşmağa hazırıq. Azərbaycan ilə Aİ arasında əməkdaşlığın artması üçün çox imkanlar var".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol