NAZİR: Gələn ilin əvvəlində pensiyalar 14-15 faiz artacaq

14:07 04-10-2019 | icon 382 | Cəmiyyət
NAZİR: Gələn ilin əvvəlində pensiyalar 14-15 faiz artacaq

Oktyabrın sonuna qədər bütün təqüdçülər öz pensiyalarını müvafiq artımla alacaqlar.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda pensiyanın minimum məbləği 2 dəfə artıb:

"İkinci mərhələ oktyabrın 1-dən qüvvəyə minərək məbləğ 200 manata çatdırılıb. Ümumilikdə minimum pensiya artımı bu il 72 faiz artımla səciyyələnib. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə MDB məkanında birinci yerdədir".

 

S.Babayev qeyd edib ki, son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib:

"Əlavə olaraq, əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə təqaüdə çıxan 100 min vətəndaşın pensiyası da sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Yəni ümumilikdə pensiya sahəsində ikinci sosial paketimiz 750 min vətəndaşı əhatə edib. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır".

 

Nazir bildirib ki, gələn il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir:

"Bizim proqnozumuz 14-15 faiz ətrafındadır. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu, o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyalar bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq. Növbəti ilin əvvəlindən hər kəsin pensiyasında orta aylıq əməkhaqqının artımına uyğun olaraq, 14-15 faiz məbləğində daha bir artım olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı