"Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər"

16:26 04-10-2019 | icon 406 | Siyasət
"Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər"

Qarabağ qaziləri mənə bildirdilər ki, bəzi siyasi qüvvələrin bizdən istifadə etməyinə icazə verməyəcəyik və onların bu əməllərini pisləyirik.

 

Versus.Az xəbər verir ki, bunu Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin mətbuat konfransında çıxışı zamanı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

 

Ç.Qənizadə deyib ki, qazilər Prezidentin siyasətini dəstəklədiklərini, hər zaman dövlət başçısının yanında olduqlarını qeyd ediblər:

“Qazilər mənə bildirdilər ki, biz hər hansı siyasi proseslərdə alət kimi istifadə edilməyə yox deyirik. Onlar bildirdilər ki, bu cür proseslərdə olmayacaqlar. Hesab edirəm ki, Qarabağ qazilərinin bu addımı düzgün addımdır. Çünki baş verən hər bir hadisədən bəzi qüvvələr dövlətə, Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Biz bu gün Azərbaycanda tam sabit və təhlükəsiz şəraitdə yaşayırıq. Baxmayaraq ki, müharibə şəraitindəyik. Belə bir dövrdə Qarabağ qazilərinin dövləti dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı