"Paşinyanın bəyanatı göstərir ki, o dövrün xülyası ilə yaşayır"

17:26 04-10-2019 | icon 25304 | Siyasət
"Paşinyanın bəyanatı göstərir ki, o dövrün xülyası ilə yaşayır"

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatı onu göstərir ki, Paşinyan 1980-ci illərdə donub qalıb və o dövrün xülyası ilə yaşayır".

 

Versus.Az xəbər verir ki, bunu yerli mediaya Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin Paşinyanın "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatına "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri ilə cavab verməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu cavabı Azərbaycan xalqının fikrini və iradəsini ifadə edir:

"Bu, bütün dünyaya onu göstərir ki, Azərbaycan heç vaxt ərazisinin işğalı ilə barışmayacaq və bunu qəbul etməyəcək. Bu, həm də onu göstərir ki, Paşinyanlar və digərləri ərazi iddiaları ilə beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquq normalarına arxalanır. Azərbaycan xalqının iradəsi Prezident tərəfindən ifadə olunur".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikrini oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatına cavab olaraq deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı