Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat isə dünya üçün bir mesajdır

17:38 05-10-2019 | icon 333 | Siyasət
Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat isə dünya üçün bir mesajdır

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Ölkəmizin müstəqil siyasət həyata keçirdiyini deyən S.Novruzovun sözlərinə görə, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir:

“Əksinə, Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edən əsas ölkələrdən biridir. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət ölkəni daha da gücləndirir. Dövlət başçısının Soçidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat isə dünya üçün bir mesajdır”.

 

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəalları görülən işləri insanlar arasında ciddi şəkildə təbliğ etməlidir. YAP-ın 8 minə yaxın ərazi ilk partiya təşkilatlarının olduğunu deyən deputat burada birləşən üzvlərin birbaşa vətəndaşlarla təmasda olduğunu qeyd edərək təbliğat işinin gücləndirilməsini vacib hesab edib:

“Çünki Azərbaycanı gözü götürməyən dairələr ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparırlar. İnformasiyanı insanlara iki formada daha sürətli çatdırmaq olur. Biri canlı şəkildə, digəri isə sosial şəbəkələr vasitəsilə. Artıq bu baxımdan sosial şəbəkələr daha öndədir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlılar Azərbaycanda aparılan islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Lüksemburqda “Qarabağ” futbol klubunun oyununda baş verən erməni təxribatı zamanı onların səsi çıxmadı, həmin təxribata etiraz etmədilər. Çünki erməni lobbisi tərəfindən maliyyələşirlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin