Tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

17:54 05-10-2019 | icon 1109 | Təhsil
Tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Gənclər Fondu tərəfindən təhsil xərcləri maliyyələşdirilmiş gənclərlə 4 oktyabr tarixində Bakı Konqres Mərkəzində görüş keçirilib.

 

Gənclər Fondundan Versus.Az-a bildirilib ki, görüşdə müsabiqədə qalib olan gənclər, onların valideynləri, dövlət rəsmiləri, Milli Məclisin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qalib gəncləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar.

 

Çıxış edənlər vurğuladılar ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir.

 

Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılmış, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.

 

Müsabiqədə qalib olan gənclər çıxış edərək, gənclərə dövlət qayğısının artırılması ilə bağlı cənab Prezidentin növbəti təşəbbüsü olan hazırkı maliyyələşmə mexanizminin əhəmiyyətindən, xüsusilə də sosial həssas kateqoriyalardan olan gənclər üçün təhsilin əlçatanlığının artırılmasına töhfəsindən danışdılar. Eyni zamanda, təhsilin inkişafı və gənclərə göstərilən hərtərəfli dəstəyə görə cənab Prezidentə təşəkkürlərini bildirdilər.
Daha sonra tədbirdə bəzi qalib gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib və müsabiqə qalibləri ilə təhsil xərclərinin qarşılanmasına dair müqavilə imzalanıb.

 

Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 237 tələbənin, bu il keçirilən müsabiqə çərçivəsində isə 425 gəncin təhsil haqqı xərcləri dövlət tərəfindən qarşılanmasına qərar verilmişdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı