Millət vəkili Qarabağ əlilləri ilə görüşdü

19:14 05-10-2019 | icon 380 | Siyasət
Millət vəkili Qarabağ əlilləri ilə görüşdü

Xəzər Rayon İcra Hakimiyyətinin (İH), Yeni Azərbaycan Partiyası (YAP) Xəzər və Pirallahı rayon təşkilatlarının təşkilatçılığı ilə partiyanın Xəzər rayon təşkilatının qərargahında Xəzər və Pirallahı rayonlarından olan Qarabağ əliləri ilə görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, görüşdə Xəzər Rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Xəzər rayon İH-i başçısının müavini Vüqar Novruzov, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev iştirak ediblər. Tədbirdə Xəzər rayon İH-nin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sosial Müdafiyə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev çıxış ediblər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ əlilərinə daima diqqət və qayğı göstərildiyini, cənab Prezidetin imzaladığı müvafiq Fərmanlarla Qarabağ əlilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün tədbirlərin həyata keçirildiyini qeyd ediblər.

 

Millət vəkili Rauf Əliyev həyata keçirilən tədbirlərin Xəzər və Pirallahı rayonlarında yaşayan Qarabağ əlillərinin sosial vəziyyətlərinin daha da yaxşıladırımasına təsirindən danışıb və bu tədbirlərin dövlət tərəfindən davamlı olaraq həyata keçiriləcəyini bildirib. Tədbirdə iştirak edən Qarabağ əlilləri onları narahat edən bir neçə ümumi məsələlərin və bir-sıra şəxsi məsələlərin həll edilməsində köməklik göstərməyi xahiş ediblər. Rayon İH-nin başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev qaldırılan məsələlərin araşdırılacağını, həll olunacağı ilə bağlı tədbirlərin görüləcəyini və lazım olarsa əlaqədar dövlət qurumlarına müraciət olunacağını bildiriblər.

 

Tədbirin sonunda Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinə Xəzər rayon İH-i tərəfindən notbook hədiyyə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI