Gündə bir siqaret bu dəhşətli xəstəliyi yaradır

19:38 05-10-2019 | icon 734 | Sağlamlıq
Gündə bir siqaret bu dəhşətli xəstəliyi yaradır

Siqaret günümüzün ən aktual mövzularından biridir. Həm insan sağlamlığına, həm də maddi durumuna zərər vurur. Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən olur.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır. Siqaretin tərkibində 470 ədəd kimyəvi maddə vardır ki, bunun da 69 ədədinin xərçəng hüceyrələrini bədəndə aktivləşdirdiyi elm tərəfindən müəyyən edilmişdir. Bundan başqa siqaret çəkən şəxslərdə bürqer xəstəliyi yaranır. 
 
Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.
 
 
Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir.
 
Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.
 
 
Xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.
 
 
Xəstəliyin əvvəlində insanda ayaqlarda və əllərdə qan dövranının pozulmasının simptomları inkişaf etməyə başlayır – ayaqlar və əllər soyuq olur, keyiyir, qarışda yeriməyi hissi yaranır, barmaqlarda həssaslıq itir, barmaqlar göyərir, ağrılar, qıcolmalar əmələ gəlir. Qan dövranının pozulması barmaqların uclarından başlayır və sonra yuxarı – qola və ayağa yayılır.
 
Ayaqların damarları zədələndikdə insan axsamağa başlayır. Xəstəlik inkişaf etdikcə ətraflarda ödemlər inkişaf edir, dərinin vəziyyəti pisləşir, rəngi dəyişilir, dəridə xoralar əmələ gəlir. Xəstəliyin ən təhlükəli ağırlaşması – qanqrenadır (bədənin bir yerində toxumaların çürüməsi). Qanqrenanın yeqanə müalicə üsulu zədələnmiş hissənin kəsilməsidir.
 
 
 
Xəstəliyin diaqnostikası zamanı damarların doppler USM-i, angioqrafiya (arteriyaların rentgeni) istifadə olunur.
 
Bürqer xəstəliyi olan insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Əks halda xəstəlik inkişaf etməkdə davam edəcək və nəticədə ətrafların amputasiyasına (kəsilməsinə) səbəb olacaq. Xəstəyə xüsusi müalicə (spazmolitik, qanduruldan, toxumalarda metabolizmi yaxşılaşdıran və s. preparatlar) təyin olunur. Ayaqlarda xoralar və qanqrena olmayan xəstələrə gün ərzində bir neçə dəfə 20-30 dəqiqə ərzində piyada gəzmək tövsiyə olunur. Konservativ müalicə kömək etmədikdə cərrahi müalicə tətbiq oluna bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”