Türkiyədən ABŞ-a etiraz - Diplomat XİN-ə çağırıldı

18:00 06-10-2019 | icon 362 | Dünya
Türkiyədən ABŞ-a etiraz - Diplomat XİN-ə çağırıldı

ABŞ-ın Ankaradakı Səfirliyinin müşaviri sosial şəbəkədə xoşagəlməz bir ifadənin bəyənilməsi səbəbindən Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Versus.Az xəbər verir ki, səfir Ankara kənarında olduğundan sosial şəbəkədəki xoşəgəlməz ifadənin bəyənilməsi ilə bağlı narahatlıq onun müşavirinin diqqətinə çatdırılıb.

Mövzuya aydınlıq gətirən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu KİV nümayəndələrinə bildirib ki, FETÖ/PDY terror təşkilatlarının fəalı Ergün Babahanın sosial şəbəkədə yaydığı “Türkiyə xalqı Baxçalısız siyasi vəziyyətə hazır olmalıdır” ifadəsi ABŞ-ın Türkiyədəki Səfrliyinin rəsmi saytının “Twitter” səhifəsindən də bəyənilib. Nazirin sözlərinə görə, müşavir bu halın yanlış baş verdiyini, düzəliş olacağını və mövzuya dair açıqlama veriləcəyini ifadə edib.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sentyabrın 23-də xəstəxanaya yerləşdirilib və qısa müayinədən sonra evə buraxılıb. Onun nəfəs yollarında infeksiya müəyyən olunduğu bildirilir. “Türkiyə xalqları Baxçalısız siyasi vəziyyətə hazır olmalıdır” ifadəsi məhs bu məsələyə aiddir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı