Erkən nikahların qarşısını necə almaq olar? - Psixoloq şərhi
"Bu gün cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb".
Versus.Az bildirir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova səsləndirib.
Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov Sputnik Azərbaycan-a deyir ki, erkən nikahlar bizim ölkə üçün çox böyük problemdir: "Erkən nikah bağlayan insanlar buna hazır deyillər. Bir çox ölkələrdə erkən nikahlarla mübarizə üçün yaxşı strategiyalar var. Valideynlər erkən nikahın nə qədər ziyanlı bir şey olduğu barədə maariflənsə, onun sayı azalacaq".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"