“Media mənsubu olmaq, həm də bir missiyadır”

15:25 21-07-2023 | icon 534 | Siyasət
“Media mənsubu olmaq, həm də bir missiyadır”

Hikmət Babaoğlu: "Milli mətbuatımız tariximizin hazırki dövrünün səlnaməçisidir"

 

“Milli Mətbuatımız 148 yaşını Qalib Ölkənin Mətbuatı,  “Media Haqqında” yeni qanunla və öz inkişafının yeni mərhələsində, yeni keyfiyyət dəyişiklikləri ilə qarşılayır. Bu, media mənsublarında, media camiyəsində bir qürur hissi yaradır”.

 

Versus.Az xəbər verir ki, bunu uzun illər çap mediasında baş redaktor kimi çalışmış deputat Hikmət Babaoğlu “Milli Mətbuat Günü” ilə bağlı açıqlamasında bildirib.

 

H.Babaoğlu qloballaşan dünyada informasiyanın yeri, rolu və strateji əhəmiyyətinin hər gün  artdığını, Azərbaycan mediasının təbii olaraq yeni tələb, yeni çağırışlarla üz-üzə dayandığını deyib. Onun sözlərinə görə, Azərbaycan mediası klassik media ənənələrini davam etdirməklə bərabər, informasiya cəmiyyətinin yeni tələbləri ilə ayaqlaşmağı bacarır.

 

H.Babaoğlu qeyd edib ki, artıq Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdırmağı bacaran,  yeni informasiya texnologiyalarını mənimsəyən və ondan milli maraqlarımızın təmin edilməsində bir alət kimi istifadə edən yeni  jurnalistikamız yaranıb. O, yeni “Media Haqqında” qanun qəbul edildikdən sonra onun hüquqi üstünlükləri Media-dövlət və media-cəmiyyət münasibətərinn nizamlanmasında mühüm rol oynadığını vurğulayıb:

 

“Milli mətbuatımız xalqımızın avtobioqrafiyası hesab edilən tariximizin hazırki dövrünün səlnaməçisidir. Gələcək nəsllər hazırki dövr haqqında  bugünkü media mənsublarımızın yazdığı, yaratdığı media nümunələri ilə xəbər tutacaqlar. Bu mənada, media mənsubu olmaq, həm də bir missiyadır. Milli maraqlara xidmət edən, dövlətimizi qoruyan, dövlətçiliyimizə xidmət edən həqqətləri yazmaq medianın  mühüm vəzifəsdir. Azərbaycan Mediası bütün bu çağırışların, vəzifələrin öhtəsindən layiqincə gəlməyi bacarır”.

 

H.Babaoğlu bildirib ki, media hər zaman cəmiyətin ən aktual, ən fəal lokomativ institutlarından biri olaraq qalacaq:

 

“Xüsusən, hazırda informasiyanın universal alətə çevrildiyi bir tarixi mərhələdə bütün media mənsublarmız bu alətdən milli dövlət maraqlarımız üçün peşəkarcasına istifadə etməyi bacarmalıdır və bu vəzifənin öhtəsindən layiqincə gəlir.

Bütün media mənsublarımızı ürəkdən təbrik edirəm və xalqımzın, dövlətimizin, milltimizin informasiya təhlükısziliyinin təmin olunmasına göstərdikləri fəaliyyətində onlara uğurlar arzulayıram”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR