Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

08:35 07-10-2019 | icon 61 | Mədəniyyət
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə festivalın dövlət səviyyəsində, eyni zamanda, beynəlxalq səviyyədə layiqincə qeyd edilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. 

 

Versus.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən və bir çox hallarda onun şəxsi təşəbbüsü ilə ölkəmizdə baş tutan, xoş niyyətlərə xidmət edən, sülhsevər insanları, xalqları birləşdirən bütün mötəbər beynəlxalq tədbirlər kimi, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı da bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına xidmət edir.

 

“Festivalın dövlət səviyyəsində, hətta deyərdim ki, beynəlxalq səviyyədə layiqincə qeyd edilməsinə zəmin yaratmış Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və şairin 650 illik yubileyinin qeyd edilməsi qərarlarına görə Təşkilat Komitəsi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk.

 
 
 

Məhz bu qərarlar sayəsində zəngin Nəsimi irsinin vurğunu olan insanları, ədəbiyyat və sənətsevərləri bir araya gətirmək, onun yaradıcılığına dair maraqlı fikir mübadiləsi aparmaq, iştirakçı və qonaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq mümkün oldu”, - deyə Anar Ələkbərov bildirib. 

 

Onun sözlərinə görə, ölkəmiz növbəti dəfə möhtəşəm bir tədbirə - ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına ev sahibliyi edərək dörd gün ərzində Bakıda və Nəsiminin doğma diyarı Şamaxıda keçirilən bir-birindən maraqlı, yaddaqalan tədbirlərlə festival iştirakçılarına böyük şairin zəngin irsi ilə yaxından tanışlığa zəmin yaratdı.

 

“Festival proqramının rəngarəngliyini təmin etmək məqsədilə tədbirlərin keçirilməsi üçün 50-dən çox tarixi-mədəni məkan seçilmişdi. Bütün bu məkanların hər birində tamaşaçı axını azalmırdı. Festival vətəndaşlarımıza ədəbiyyata, mədəniyyət və incəsənətə marağın aşılanmasına, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və tanıdılmasına xidmət etməklə yanaşı, ölkəmizə dünyanın bir çox ölkəsindən gəlmiş çoxsaylı insanlara Azərbaycanı daha yaxından tanımağa kömək etdi.

 

Bakımızın tarixi və mədəniyyət abidələrini ziyarət edən, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrini gəzən qonaqlar paytaxtımızın gözəlliyini, xalqımızın mehribanlığını və qonaqpərvərliyini əyani şəkildə gördülər”.

 

Anar Ələkbərovun sözlərinə görə, İşçi qrupunun fəaliyyətə başladığı ilk gündən layihəyə cəlb olunmuş hər kəsdə ruh yüksəkliyi, festivalın uğurla keçəcəyinə inam və əminlik var idi.

 

“Məqsəd isə cəmiyyətdə milli mənəvi dəyərlərə, ədəbiyyata, Nəsimi yaradıcılığına maraq aşılamaqla yanaşı, festivala təşrif buyuran hər kəsə qədim mədəniyyətimizi, Azərbaycan xalqına xas olan tolerantlıq, dözümlülük, dostluq, sülhsevərlik və qonaqpərvərliyi göstərmək idi. Festivalın bütün qonaqları qeyd edirdilər ki, düşdükləri ab-hava, yaradıcı mühit onları heyran edib.

 

Bu işdə əməyi keçən hər kəsə - alimlərə, ziyalılarımıza, yaradıcı insanlara – şair, yazıçı, rəssam, aktyorlara, texniki heyətə, festivalın işıqlandırılmasında dəstək göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və əlbəttə ki, fədakarcasına çalışan çoxsaylı könüllülərə təşəkkürümüzü bildiririk.

 

Amma təbii ki, bütün müsbət nəticələrin əldə olunması, festivalın uğurla keçməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, diqqət və qayğısı, hər bir məsələyə həssaslıqla yanaşması, ortaya çıxan problemlərin aradan qaldırılmasına və ümumiyyətlə bütün proseslərə bilavasitə nəzarət etməsi sayəsində mümkün oldu.

 

İnanırıq ki, dahi şairin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq həyata keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı zəngin ədəbi irsimizin qorunub saxlanılması və təbliğinə öz töhfəsini verəcək və ayrı-ayrı xalqlarla ədəbi əlaqələrin daha da genişləndirilməsinə və bu sahədə səmərəli əməkdaşlığa yeni imkanlar açacaq”, - deyə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

Nəsimi Festivalının koordinatoru Cahangir Səlimxanov isə artıq ikinci ildir həyata keçirilən layihənin beynəlxalq müstəvidə mənəviyyat mövzusunda gedən müzakirələr üçün əlverişli platformaya çevrilməkdə olduğunu bildirib.

 

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan Nəsimi Festivalı unikal konsepsiyaya malik çoxəhatəli mədəni layihə kimi ərsəyə gəlib. Burada Nəsimi yaradıcılığı ilə yanaşı, həm də onun misralarındakı mənəviyyat, dərin düşüncə mövzuları  müxtəlif yollarla təbliğ və müzakirə edilir.

 

“Festivalın proqramında məna dərinliyi və ənənəyə söykənən eksperimental yanaşmalara yol verilməsi üçün işçi qrupa etimad və verilən yaradıcı sərbəstlik isə bizi həqiqətən həvəsləndirdi”, - deyə Cahangir Səlimxanov qeyd edib. 

Festivalın könüllülərlə iz üzrə koordinatoru Əsmər Abdullayeva isə builki festivalda müxtəlif ali təhsil müəssisələrinin tələbələri də daxil olmaqla 60-a yaxın gəncin könüllü kimi fəaliyyət göstərdiyini bildirib.

 

“Könüllülərimiz festivalın təşkilinə yaxından dəstək göstərməklə yanaşı, eyni zamanda müəyyən iş bacarıqlarına yiyələnmək, mədəniyyət sahəsində yeni məlumatlar əldə etmək, gözəl məkanlarda olmaq, maraqlı insanlarla ünsiyyət qurmaq, yeni dostlar əldə etmək imkanı qazandılar. Bu baxımdan gənclərimiz üçün yaradılmış bu imkana görə təşəkkür etmək istərdim”, - deyə Əsmər Abdullayeva bildirib.

 

Qeyd edək ki, Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən oktyabrın 1-dək Bakı və Şamaxı şəhərlərində keçirilib. Festival 2018-ci ildən təşkil olunur.

 

Versus.Az

Xəbər lenti

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

sosial media üzrə xüsusi təlim keçmiş 200 könüllü gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, Xocalıya ədalət üçün dünyaya meydan oxuyacaqlar

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

MSK 29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qərar verib

Azərbaycan Ombudsmanı bəyanat yayıb

9 saylı Binəqədi İkinci Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

Daha üç seçki məntəqəsinin nəticələri ləğv edilib

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

Bankirin oğlu iynədən şoka düşərək öldü

Sabahın hava proqnozu

Magistraturaya qəbul imtahanı keçiriləcək

"Sədərək"də baş verən yanğında xəsarət alan şəxs xəstəxanadan buraxılıb

“Barselona” “Leqanes”in hücumçusunu transfer edib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Sabahın hava proqnozu

Milli Məclisə yeni sədr seçiləcək

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Ermənilər Xocalıda at oynadır

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"

Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi

Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA: