Küçədə qadının başının kəsilməsi ilə bağlı TƏFƏRRÜATLAR məlum olub

10:53 07-10-2019 | icon 388 | Hadisə
Küçədə qadının başının kəsilməsi ilə bağlı TƏFƏRRÜATLAR məlum olub

Bakıda küçədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

 

Versus.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

 

Oktyabrın 6-da axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

 

Bu vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinaət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı