Bu ay iki ulduz axını olacaq
Oktyabr ayında planetimizin sakinləri Drakonid və Orionid adlı iki ulduz axınını müşahidə edə biləcək.
Versus.Az xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. Göydə təxminən saatda on ulduz axını görünəcək.
Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.
Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq.
Xəbər lenti
Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI
Sözləri həyatda qovuşa bilməyənlərin ömründə körpülərə çevrilən...