İsgəndər Həmidov AXH və öz barəsində yayılan xəbərləri təkzib etdi

11:39 07-10-2019 | icon 1241 | Siyasət
İsgəndər Həmidov AXH və öz barəsində yayılan xəbərləri təkzib etdi

Sentyabrın 5-də Azərbaycan Xalq Hərəkatının təsisçiləri ALDP qərərgahında mətbuat konfransı keçirib.

 

Versus.Az xəbər verir ki, Konfrans ALDP sədri Fuad Əliyev, GAP sədri Ağasəf Şakiroğlu və AXH Qurultay təşkilatının sədri İsgəndər Həmidovun təqdimatında keçirilib.

 

İsgəndər Həmidov öncə sağlıq durumu ilə bağlı Türkiyədə xəstəxanada yatdığı zaman Azərbaycanda barəsində yayılan müxtəlif səpkili şaiyələrə aydınlıq gətirib. O, xəstəxanadan Bakıya qayıdandan sonra evinə bildiriş gəldiyini və guya sentyabrın 20-də Bakıda maşın sürərkən yol hərəkat qaydasını pozması ilə bağlı 20 manat cərimə ödəməli olduğunu öyrənib. Əvvəlcə bunu sadəcə təsadüf hesab edən Həmidov, sonradan kimlərsə barəsində dediyi, "İsgəndər Həmidov heç yana getməyib, Azərbaycandadır, AXH-dən qaçır”-sözlərini eşidəndən sonra protokol yazılan idarəyə müraciət edib. O, məcburən xəstəlik, müayinə və müalicə kağızlarını təqdim edərək, ayın 20-də Türkiyədə cərrahi əməliyyatda olmasını və 26-na qədər orada qalmasını təsdiq edib. İ.Həmidov deyir ki, bu, ona qarşı hesablanan əks kampaniyanın tərkib hissəsidir.

 

İ.Həmidov sağlıq durumu ilə əlaqədar olaraq Türkiyədə keçirdiyi cərrahiyyə əməliyyatları və aldığı müalicələrdən də danışıb. O, müalicəsi üçün kimlərin maliyyə yardımı və nə qədər vəsaitin xərclənməsinə qədər məsələyə aydınlıq gətirib. Eyni zamanda, heç də şaiələrdə deyildiyi kimi, GAP sədri Ağasif Şakiroğlu tərəfindən girov saxlanılmadığını vurğuladı. İsgəndər bəy kimlərdənsə 200 min pul alıb qırağa çəkilməsi xəbərini isteza ilə qarşılayıb:

 

“Hər malın öz qiyməti var. Əgər Azərbaycan siyasətçiləri özlərinə əmtəə, mal kimi baxırlarsa, mənim qiymətim 300 milyondur, 300 min deyil. Özü də deyən adamlar məni hamıdan yaxşı tanıyırlar. 5-10 il qabaq mən onların cibinə pul qoymuşam. Nə qədər bəsit adam oldum ki, 300 min aldım və geri çəkildim?! Məni tanıyanlar bilir ki, heç kəs məni ala bilməz. Mən satılan deyiləm. Lakin kimsə pul vermək istəyirsə, gətirsin 300 milyon versin, bəlkə onu almaqla bağlı düşünərəm. Amma hələ bu günə qədər heç kəs mənə pul təklif eləməyib. Təklif edən olsa baxaram, amma mən istəyən "summa"nı təklif etsələr”...

 

İ.Həmidov eyni zamanda maşınlarının olması ilə bağlı gəzən müəyyən çirkin söhbətlərə də toxunub:

 

“Mənim hər zaman maşınım olub. İki maşınımdan ən azı biri “CİP” olub. Sizə söz verirəm ki, BMV-də alacam. Bəyəm kimsə bir az babat yaşayırsa, o, mütləq satılamalıdır? Hələ dünyada o qədər pul yoxdur ki, məni onunla satın ala bilələr. Məni dostluqla, insanlıqla təəccübləndirmək olar. Amma pulla kimsə məni təəccübləndirə bilməz. Çünki gözümü açıb pul görmüşəm. Amma kimsə pul vermək istəyirsə, alacam, lap sizin gözünüzün qarşısında alacam. Sən mənim evimdə olmusan, bir-birimizi tanıyırıq. Axı sizin heç birinizin maşını olmayanda, hələ Xalq Cəbhəsinin vaxtında mənim “Mersedess” maşınım olub. Sizin hamınız mənim maşınımda gəzibsiz. Sən türmədədn çıxanda 92-də, səni mən maşınla qarşılamışam. İndi maşınım səni niyə təəccübləndirir ki, sabah imkanım olsa samolyot da alacam. Nədi, bolşevik inqilabı edirəm, insanların yaşamasına maneçilik edirəm? Yaxud mən xalqın pulunu talayanlara qarşı mübarizə aparıram. Baş, ağıl işlədib pul qazananların halal xoşu olsun”.

 

İ.Həmidov bildirib ki, birinci müalicədə 25 min dollar xərclənib:

 

"Bu pulu TÜrkiyədə yaşayan azərbaycanlılar, türk millətçiləri toplayıblar. Sonuncu müalicəm 4.500 tutub. Bilmirəm bunu kim ödəyib, Dövlət Baxçalı yaxud, millətçilər… Sonra deyirlər ki, bahalı oteldə qalmısan. Orda bizdə olduğu kimi deyil. Xəstələri əməliyyata qədər oteldə yerləşdirirlər. İki gün qalmış xəstəxanaya aparırlar. Sonra yenə otelə yerləşdirilər və çox yaxşı xidmət göstərilir".

 

İ.Həmidov bildirib ki, şaiələrə görə Rəsul Quliyev Ağasəfin əli ilə İsgəndər Həmidovu ələ alıb:

 

"Rəsul Quliyevi axırıncı dəfə 93-cü ildə görmüşəm. Heydər Əliyev mənə vəzifə təklif etmişdi ki, Rəsul Quliyevə əlaqə yarada bilərsənmi, demişəm ki, mən o adamla işləməyəcəm. Ağasifdən soruşun görüm Rəsul Quliyev mənə pul yollayır, yoxsa mən bunlara pul verirəm. Rəsul Quliyev İsgəndəri satın ala bilməz, bu, mümkün olan şey deyil. Heç elə bir cəhd də eləməyib. 1993-cü ildə rəhmətlik bəyin hakimiyyətdən getməsində kimin nə rolu var, hamısı mənim yadımdadır. Və yaddan çıxartmayacam da”.

 

Ağasəf Şakiroğlu “nə siz verirsiz, nə də Rəsul Quliyev yollamır”-deyə replika etdi. Jurnalistlərin suallarını cavablandıran İ.Həmidov pul vermək istəyənlərə bir mesaj ünvanladığını istisana etmədi və əgər pul verilərsə, AXH-yə, özünün təbliğatına - jurnalistlərə və hər hansı bir xəstəxananın açılışına sərf edəcəyini deyib:

 

“Görün nə qədər insan baxımsızlıq üzündən dünyasını dəyişir. Mən Türkiyədə başa düşdüm ki, bu elə bir ciddi xəstəlik deyil. Sadəcə baxımsızlıq üçündən insanlar dünyasını dəyişir”.

 

İ.Həmidov suallara cavab olaraq AXH daxilində ziddiyyətlərin baş verməsi ilə bağlı mülahizələri yersiz saydı. Dedi ki, AXH bütövdür və fəaliyyətini uğurla davam etdirir:

 

"Kimsə AXH-ni zəif hesab edib, hərəkatdan ayrılıbsa, bu onun öz işidir və bu hərəkata heç bir mənfi təsirini göstərməyəcək. Eyni zamanda KXCP sədri Mirmahmud Mirəlioğlu ilə münasibətlərim heç də deyil. Onun AXH-yə yiyələnmək iddiasından deyil, cəddindən qorxuram. Amma heç vaxt cəddinin onu tutmaması üçün Mirmahmud Mirəlioğluya nəzir verməmişəm".

 

İ.Həmidov polis rəisindən 30 min alması, eləcə də A.Şakiroğlunun onu girov götürməsi ilə bağlı şaiyələrlə bağlı bunları dedi:

 

“Mən heç Cavid Qurbanovdan 35 min manat götürərəm? Ağasif məni girov saxlaya bilər. Bəzi insanların daxilində o qədər çirkab var ki, o çirkabı kiminsə adına yazırlar. Birdən elə qadınlar haqqında elə danışırlar ki, az qalırsan ağzını cırarsan. Amma polis rəisi niyə pul verməlidir. Bizim polis heç kəsə pul verən deyil. Axı 35 min puldur, 35 min gözəl bir xanımın ətridir”.

 

İ.Həmidov bu şaiyələri və bu çirkinliyin kimin və niyə hazırlandığını bilmədiyini dedi:

 

“Bizi gündəmdə saxlayırlar. Daxili çirkabları ilə başqalarını ölçməsinlər. 72 yaşında adam satılmaz. O, axirəti fikirləşir. Yoldaşım rəhmətə gedib, 2 ildir onsuz Şamaxıya gedirəm, ikisində də qılçam sınır. Mən Allahdan qorxuram, onun bizə verdiyi haqdan qorxuram. İnanmıram ki, bunu hakimiyyət hazırlasın”.

 

İ.Həmidov xaricdən olan təsirləri qəbul eləmədiyini dedi:

 

“Mənim üçün milli maraqlar hər şeydən üstündür. Azərbaycanın başına gələn bütün bəlalar Rusiyadan gəlir. Rusiya imperiya siyasətindən əl çəkməyib. Azərbaycanın məhvinə çalışan dövlətdir. Bu gün də jrinovskinin dili ilə deyir ki, Azərbaycan dövləti yox, Quberniyadır. Bu gün getdikcə Rusiyanın Azərbaycana təsiri güclənir. 250 ildir ki, Rusiya Azərbaycanı dağıtmaq istəyir”.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi