20 tondan artıq bal satılıb

13:04 07-10-2019 | icon 513 | İqtisadiyyat
20 tondan artıq bal satılıb

Bal yarmarkasının ilk 10 günündə 20 tondan artıq bal satılıb.

 

Versus.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib. Onun sözlərinə görə, yarmarka öz gedişatı ilə davam etdirilir:

“Müşahidələrimiz onu göstərir ki, ən çox satılan ballar daha çox dağlıq ərazilərdə hazırlananlardır. Alıcılara artıq məhsulları onlayn sifariş etmək imkanı da yaradılıb və metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir”.

 

M.Musayev satıcılara yaradılan yeni şaraitdən də danışıb:

“Bildiyiniz kimi, bu il baş tutan yarmarkada bir neçə yeniliklər olub, onlardan biri də qablaşdırmanın üzərindəki barkodlardı. Həmin kod vasitəsi ilə vətəndaşlar ASC-nin saytı üzərindən məhsulun kimə məxsus olduğunu öyrənə bilərlər. Daha bir yenilik isə ondan ibarətdir ki, alıcılar həmin saytda arıçıların məhsullarını dəyərləndirərək qiymət verə bilərlər. Sonda reytinqə görə, həmin arıçıların siyahısı müəyyənləşdirilir və növbəti yarmarkalarda onların iştirakı daha asanlaşır”.

 

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol