“Hospitala çatdırılan bütün yaralılar xilas edilib”

19:32 07-04-2018 | icon 656 | Qarabağ
“Hospitala çatdırılan bütün yaralılar xilas edilib”

“Aprel döyüşlərində hospitala çatdırılan bütün yaralılar xilas edilib”.

 

Versus.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

 

İdarə rəisinin sözlərinə görə, hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib:

 

“Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibələrinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisə edilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib”.

 

General qeyd edib ki, mobil səhra hospitalında həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərilir:

 

“Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol