Binə Ticarət Mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib

10:49 08-10-2019 | icon 346 | Sağlamlıq
Binə Ticarət Mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib

Binə Ticarət Mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, yanğın baş verməsi barədə məlumat təcili tibbi yardıma müraciət saat 01:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 8 oktyabr 2019-ci il saat 00:41-də "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

 

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür