"Biz, Ağdabana ədalət istəyirik"
Ağdaban soyqırımı — 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri.
Versus.az-ın məlumatına görə, tarixdə bəşəriyyətə qarşı törədilmiş bu cinayətlər zamanı mədəniyyətimizə qarşı törədilən vandalizm siyasəti olaraq, ağdabanlı şair Qurban və aşıq Şəmşirin evi və zəngin arxivi od vurulub külə döndərildi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndı tamamilə erməni seperatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilmişdir. 33 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin dəstəyi ilə Ağdaban soyqırımının 26 illiyinə həsr olunmuş videoçarx hazırlanıb.
Biz, Ağdabana ədalət istəyirik!
Fərid İsmayılov
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"