Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlığı

13:01 08-10-2019 | icon 291 | Siyasət
Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlığı

Azərbaycan, Türkiyə və Rusiya siyasət və iqtisadiyyatın müxtəlif sahələrində üçtərəfli əməkdaşlığın inkişafı üçün ciddi potensiala malikdir.

 

Versus.Az trend-ə istinadla məlumat verir ki, bunu Türkiyə Prezidentinin yanında Təhlükəsizlik və Xarici Siyasət məsələləri Şurasının üzvü Mesut Hakkı Caşin Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

 

O bildirib ki, bugünkü gün Bakı, Ankara və Moskva iqtisadiyyatın aparıcı sahələri və enerji sahəsində uğurla əməkdaşlıq edir:

 

“Ölkələrimiz birgə layihələr reallaşdırır və reallaşan layihələrin təhlükəsizliyinin qarantı olaraq üç ölkənin liderləri çıxış edir. Hesab edirəm ki, enerji sahəsində irimiqyaslı layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb etməyə başlayır və bu, zəmin yaradır ki, üç vacib ölkə Avropanın enerji xəritəsini formalaşdırsın”.

M.S.Caşin qeyd edib ki, üçtərəfli əməkdaşlıq formatı iqtisadi, siyasi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq üçün böyük perspektivlərə malikdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı