Daha bir MMA döyüşçüsü vəfat etdi

13:14 08-10-2019 | icon 372 | İdman
Daha bir MMA döyüşçüsü vəfat etdi

Özbəkistandan olan MMA döyüşçüsü Bəyzad Nurmatov vəfat edib.

 

Versus.Az xəbər verir ki, o, oktyabrın 4-də Çeçenistanın paytaxtı Qroznıda keçirilən “Absolute Championship Akhmat 100” turnirində çıxış edib.

O, rusiyalı Beslan İsayevlə görüşdə hakimlərin qərarı ilə məğlub elan olunub. Dünən isə idmançı ölüb. 28 yaşlı idmançının ölümünün səbəbi bilinmir.

 

Qeyd edək ki, Bəyzad Nurmatov MMA karyerasına 2016-cı ilin dekabrında başlayıb. O, əlbəyaxa döyüşdə dünya çempionu və Dünya Kubokunun sahibi sayılırdı.

 

Onu da bildirək ki, ABŞ-da rusiyalı boksçu Maksim Dadaşov (bu idmançı 2014-cü ildə Qubada “Baku Fires” komandasının üzvü Heybətulla Hacıyevi məğlub edib, həmçinin bundan bir il sonra Bakıda I Avropa Oyunlarının iştirakçısı olub – S.M.) Puerto Rikodan olan Sabriel Matiasla döyüşdən sonra xəstəxanaya yerləşdirilmiş və iyulun 23-də keçirilmiş əməliyyatdan sonra dünyasını dəyişmişdi. Məlum olmuşdu ki, Dadaşov hələ döyüş zamanı insult keçirib. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”