“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sona çatıb

15:00 08-10-2019 | icon 359 | Mədəniyyət
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sona çatıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sona çatıb.

 

Oktyabr ayının 2-dən 6-dək baş tutan festivalda 25 nümayişdə ümumi 38 film ekranlara gəlib. Həm yerli, həm də xarici ölkələrin istehsalı olan filmləri kinosevərlərə təqdim edən “DokuBaku” müsabiqə qaliblərini elan edib.

 

Ən yaxşı tammetrajlı sənədli Film nominasiyasında qalib film Beniamino Baressenin “Anamın Yox oluşu” filmi seçilib. Ekran əsəri İtaliya və Amerika Birləşmiş Ştatlarının istehsalıdır. Sözügedən əsərdə ana ilə oğlu arasındakı mübarizəni, Benedettanın azadlığının təsvirinin inadkar mübarizəsindən bəhs edilir.

 

Ən yaxşı qısametrajlı Sənədli film nominasiyasının qalibi isə Samir Karahoda “Aralıqda” (In Between) filmi seçilib. Ən yaxşı Yerli film nominasiyasının qalibi isə Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” filmi seçilib. 

 

Bu il festival ötən illərdən fərqli olaraq müxtəlif filmləri də qonaq edib. Bu isə onu göstərir ki, festival hər il böyüyür, ölkədə sənədli filmlərin inkişafı üçün münbit şərait yaranır. Azərbaycanda sənədli filmin inkişafı və dəstəklənməsi məqsədlərini güdən DokuBaku-nun, hər il olduğu kimi, bu il də münsiflər heyəti iki tərkibdən, yerli və əcnəbi kino nümayədələrindən ibarət olub. Festivalın qapanış mərasimi zamanı yerli kino yanaşı dövlət və diplomatik nümayəndələr iştirak etmişdi. 

 

“DokuBakulab” layihəsi ilə isə sənədli film üzrə təhsil almaq istəyən gənclər üçün qaçılmaz fürsət olacaq. “Restart School”  ilə birgə ərsəyə gələn “DokuBakulab” sənədli film təlimlərinə qəbul elan edib. Bu ildən etibarən  başlayan “DokuBakulab” ölkədə sənədli film inkişafında öz müstəsna rolunu indidən göstərməyə başlayıb. Təlimlərdə iştirak ödənişsiz olaraq keçiriləcək. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı