"Hökumətdə yeni kadrların yer alması onun işinin daha çevik və səmərəli olması baxımından əhəmiyyətlidir"

16:02 08-10-2019 | icon 202 | Siyasət
"Hökumətdə yeni kadrların yer alması onun işinin daha çevik və səmərəli olması baxımından əhəmiyyətlidir"

Ölkə Prezidenti tərəfindən Baş nazir vəzifəsinə yeni təyinatın aparılması həm də ona işarədir ki, vəzifəli şəxslər və ya məmurlar səmərəli fəaliyyət göstərməlidirlər, əks təqdirdə əvəz olunacaqlar.

 

Versus.Az xəbər verir ki, bunu politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

 

Onun sözlərinə görə, bu ilin əvvəlindən başlayaraq, ölkədə sosial-iqtisadi və kadr islahatları həyata keçirilməkdədir:

"Təbii ki, cəmiyyətdə, dünyada cərəyan edən proseslər yeni sosial, iqtisadi reallıqları da meydana gətirir. Müvafiq olaraq, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi və kadr islahatları qarşılıqlı şəkildə biri-birini tamamlayır. Ölkədə davamlı olaraq, həyata keçirilən sosial-iqtisadi xarakterli islahatlar daha çevik kadrlara olan təlabatı artırır".

 

E.Mirbəşiroğlu qeyd edib ki, ölkə Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin dəqiqliklə yerinə yetirilməsi ümumi rifahın təmin olunmasının ən vacib şərti rolunda çıxış edir:

"Bu baxımdan, hesab edirəm ki, Novruz Məmmədovun Əli Əsədovla əvəzlənməsi hər şeydən öncə Prezident tərəfindən həyata keçirilən islahatların effektivliyinin və nəticəyəyönlülüyünün daha da artırılmasına hesablanıb. Təbii ki, bununla bərabər, qeyd etmək lazımdır ki, N.Məmmədov həm vaxtilə Ulu Öndər Heydər Əliyevin, həm də İlham Əliyevin yanında vətənə sədaqətlə xidmət edib. Lakin Azərbaycanın dinamik inkişafı, ölkə rəhbəri tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların intensivliyi hökumətin uyğun templə işləməsini tələb edir".

 

Politoloq qeyd edib ki, hökumətdə yeni kadrların yer alması onun işinin daha çevik və səmərəli olması baxımından əhəmiyyətlidir.

 

E.Mirbəşiroğlu Prezident tərəfindən bu məsələyə həssas yanaşıldığının göz önündə olduğunu deyib:

"Bu, həm də ondan xəbər verir ki, bundan sonra da Prezident tərəfindən kadr islahatları həyata keçiriləcək və qarşıya qoyulan vəzifələrə uyğun kadr yerləşdirmələri baş verəcək. Ən əsası isə tutduğu vəzifənin öhdəsindən nə dərəcədə gələ bilməsi kadrlara olan münasibətin əsas kriteriyası rolunda çıxış edir və edəcək". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni zəfər tarixini yazan əsgərlərdən biri - İLQAR BÜRCƏLİYEV

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

“Ağdamın yerində xarabalıq görmək məni çox incidir” - MÜSAHİBƏ

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO