Diqqətləri özünə cəlb etdi

08:32 09-10-2019 | icon 359 | Mədəniyyət
Diqqətləri özünə cəlb etdi

Paytaxtımızda Millionaire Concept layihəsi nəzdində ilk dəfə keçrilən, "Millionaire Estate Baku" maraqlı və unudulmaz anlarla yadda qaldı.

 

Versus.Az xəbər verir ki, "Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkil etdiyi gecədə türkiyəli model, aktrisa, dəb ikonu sayılan İvana Sert, sosial şəbəkədə məşhurluq qazanan üç bacı, dəb bloqerləri Nadine, Farah və Alice Abdelaziz kimi populyar simalar qatıldı.

 

Qonaqlar əvvəlcə «Atəşgah» rəqs qrupu tərəfindən möhtəşəm “fire show” izləyiblər. Daha sonra isə gecənin rəsmi hissəsi baş tutub. Layihəni dəstəkləyən "The Luxury Network" beynəlxalq şirkətinin Türkiyə üzrə təmsilçisi Erdem Akçıl çıxış edərək bildirib ki, "Millionaire Concept" olduğca faydalı bir layihədir və məqsədi ölkələr arasında turizm sektorunun inkişafına böyük töhfə verməkdir.

 

Layihənin ideya müəllifi Aqil Məmiyev isə qeyd etdi ki, paytaxtımız üçün maraqlı və faydalı hesab olunan belə tədbirlərin il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır. Çıxışlardan sonra “Kengerli Baku”, “Gunel Behbudova” və “Noora Brand” kimi məşhur brendlərinin dəb kolleksiyası nümayiş olunub. Tədbirdə iştirakçılar əyləncəli şoudan zövq almaqla yanaşı informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını da əldə ediblər. Daha sonra gecənin mükafatlandırma hissəsinə start verilib.

 

Mükafatçılar arasında İvana Sert, dəb bloqqerləri Nadine, Farah və Alice Abdelaziz, memar Mohamad Chamma, layihənin ulduz yerli səfirləri arasında, xalq artisti Faiq Ağayev, müğənni Zamiq Hüseynov, iş adamı Ramil Rzayev və Dr. Vüqar Ələkbərov, moda və dəb sektorundan Fuad Hacıyev, Günel Behbudova, Əminə Amin, Cəlal Kəngərli və Ruslan Mamedov və digər tanınmış simalar var idi. Mükafatları ulduzlara gecənin aparıcıları Samir Bayramlı və Nura Suri təqdim etdilər. Daha sonra gecə DJ Çinanın möhtəşəm performansı ilə davam etdi. Qeyd edək ki, layihənin təşkilatçıları Aqil Məmiyev, Nərmin Səfərova, Əliağa Kürçaylı və Elxan Hüseyndir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol