Piket zamanı şəhər təsərrüfatına ziyan vurulub /FOTO/

15:05 09-10-2019 | icon 1166 | Gündəm
Piket zamanı şəhər təsərrüfatına ziyan vurulub /FOTO/

Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Versus.Az-a verilən məlumata görə, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, “piketə dəstək” adı altında qanunsuz çağırışlar etməklə, daha çox tərəfdarın cəlb olunmasına çalışıblar. Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmasına səbəb olub, ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib.

 

Baş verənlər, qeydə alınanlarla yanaşı, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub. Küçə yürüşünə cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas verir ki, təşkilatçılar “piketə dəstək” adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar. Bu əməllər, onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə, acınacaqlı durum yaradıblar.

 

Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunverciliyə müvafiq olaraq peşəkarlıqla təmin edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...