Ulduz futbolçuların arvadları arasında qalmaqal

16:31 09-10-2019 | icon 445 | Maraqlı
Ulduz futbolçuların arvadları arasında qalmaqal

İngiltərə millisinin sabiq üzvü Ueyn Runinin həyat yoldaşı Kolen Runi sosial şəbəkə hesabında gündəm yaradan paylaşım edib.

 

Versus.Az xəbər verir ki, 33 xanım sosial şəbəkədə yaxın dostunun illərdir ona xəyanət etdiyindən şübhələndiyini yazmışdı. Bu gün isə Kolen yaxın rəfiqəsi Rebeka Vardinin günahkar olduğuna dair faktlarının olduğunu deyib. O, Rebekanın şəxsi hesabındakı paylaşımları mətbuata sızdırdığını deyib:

 

"Gizli hesabımdan atdığım "story"ləri sınaq müddəti üçün bir nəfərdən başqa hamı üçün gizlətdim. Etdiyim paylaşımın "The Sun"da özəl xəbər olduğunu görəndə əmin oldum ki, bunu ötürən şəxs Rebeka Vardi imiş. Bunların sübutu əlimdədir".

 

Vardinin hamilə olan həyat yoldaşı Rebekanın cavabı gecikməyib:

"Kaş bunu paylaşmazdan öncə mənə deyərdin. İllərdir ki, "Instagram" hesabıma bir neçə adam daxil olub. Bu həftə özümdən xəbərsiz bir neçə səhifənin izlənildiyini gördüm. Mənim pula ehtiyacım yoxdur. Sənin paylaşımlarını mediaya ötürsəm, nə qazanacam ki? Buna çox üzüldüm".

 

Rebeka Vardi "Lester Siti"nin hücumçusu Ceymi Vardinin həyat yoldaşıdır. Vardi və Ueyn Runi 2016-cı il Avropa çempionatında İngiltərə yığmasında birgə çıxış edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin