“Milli şura” üçün London, Bağdad nümunəsi

17:45 09-10-2019 | icon 94 | Siyasət
“Milli şura” üçün London, Bağdad nümunəsi

Nə yüzlərlə adam həbs edilmədi, nə də aksiya iştirakçılarına zor tətbiq edilmədi

 MÜŞFİQ ƏLƏSGƏRLİ

 

"Heç bir ölkədə ayrı-ayrı qurumların sərbəsət toplaşmaq hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar". Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AXCP-"Milli Şura" cütlüyününü  8 oktyabr tarixli piketi barədə yazıb, sosial şəbəkədə paylaşdığı bu fikirlərinin isbatı üçün faktlar axtarmağa ehtiyac yoxdur. Yaşadığımız günlərdə dünyanın iki "əks-qütblü" ölkəsində, Böyük Britaniya və İraqda yaşananlar bu tezislərə əyani  sübutdur.

 

AXCP-"Milli Şura"-cütlüyünün Bakıda təşkil etdikləri  aksiyalarla eyni gündə Londonda və Bağdadda da aksiyalar keçirilib.  Amma London polisi və Bağdad hərbçiləri həmin aksiyaçılarla fərqli davranıblar. London polisi   ətraf mühitin qorunması yolunda daha çox iş görülməsi tələbi ilə keçirilən nümayişlər zamanı vətəndaş itaətsizliyi göstərdikləri üçün 300-dən çox etirazçını həbs edib. Böyük Britaniyanın baş naziri  Boris Conson polisin bu əməllərinə haqq qazandıraraq, aksiya iştirakçılarını "ipə sapa yatmayanlar" adlandırıb (https://www.amerikaninsesi.org/a/londonda-300-d%C9%99n-%C3%A7ox-%C9%99traf-m%C3%BChit-f%C9%99al%C4%B1-h%C9%99bs-edilib/5114961.html?ltflags=mailer).

 

Nəzərə alaq ki, hələ London nümayişçilərinin tələbi siyasi deyil, ekoloji inkişafla bağlıdır. "Extinction Rebellion" adlanan qrup üzvləri  siyasətçilərin karbon tullantılarının azaldılması ilə bağlı səyləri artırmalarını  tələb edərlər. Həm də bu aksiyalar qlobal xarakterlidir: İngiltərə, Almaniya, Avstriya, Avstraliya, Fransa və Yeni Zelandiya daxil olmaqla əksər ölkələrdə  keçirilib. Amma Britaniyalı aksiyaçılar dinc aksiya şərtlərini bir az pozublar: Londonda yol hərəkətinin dayanmasına səbəb olublar. Polis də qarşılığında 319 nəfəri  həbs edib. London, dünyanın demokratik ölkələrindən birinin paytaxdıdır. Ona görə də polisin asayişi pozan aksiyaçılara qarşı davranışı bir qədər "loyal" olub, cəmi 319 nəfəri həbs etməklə kifayətlənib.

 

İraqda isə asayiş pozucularına qarşı daha sərt davranıblar.  İraq hərbçiləri hökümt əleyhinə etiraz edən insanlara qarşı silah işlədiblər. Nəticədə 100-dən çox insan ölüb, 6 mindən çoxu isə xəsarət alıb (https://www.amerikaninsesi.org/a/i%CC%87raq-prezidenti-etiraz%C3%A7%C4%B1lara-qar%C5%9F%C4%B1-h%C3%BCcumlar%C4%B1-q%C4%B1nay%C4%B1r/5114984.html?ltflags=mailer).

 

Aksiya iştirakçılarına qarşı davranış o qədər acınacaqlı olub ki, İraq prezidenti Barham Salih özü hökümət əleyhinə etiraz edən qarşı hücumları qınayıb, bəyanat verib, zorakılıq törədən kəsləri  cəzalandıracağını açıqlayıb.

 

Düzdür, aksiya iştirakçılarına qarşı silah işlətmək, öldürmək, yaralamaq, xəsarət yetirmək yanlış addımdır, qınanmalıdır. Amma istənilən halda  beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar tətbiq edilməsi təcrübəsi mövcuddur. Kimisi  bu sanksiyanın mədəni formasından, kimisi də ən qədar formasından faydalanır: fərq London polisinin və Bağdad hərbçilərinin sərgilədiyi münasibət qədərdir. Bu arada bir nümunəni də Azərbaycan polisi göstərdi. 

 

AXCP-"Milli Şura" cütlüyü BŞİH ilə razılaşdırdığı piketin şərtlərini ilk andan pozdu. AXCP sədri, blogger Əli Kərimli sosial şəbəkələrdə vətəndaşlara müraciət edərək, onları 8 oktyabr aksiyasını "müşahidə etməyə" çağırdı. Bəllidir ki, məqsəd piketlər üçün razılaşdırılmış həddən artıq sayda adam toplamaq, şəhərin mərkəzində itaətsizlik mühiti yaratmaq, say imkan verərsə, qarşıdurmaya getmək, bunun üzərində piar kampaniyası aparmaq idi. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları son ana qədər davam etdi, niyyətin heç də dinc aksiya keçirmək olmadığını göstərdi. Sonradan bu ehtimalı gücləndirən başqa məqamlar da ortaya çıxdı. Hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə olan küçələrdə, dalanlarda toplaşan insan qrupları göründü.  Həmçinin, aksiya başlamamışdan əvvəl, aksiya üçün ayrılmış yerlərdən kənarda, insanların intensiv hərəkət etdikləri məkanlarda müxtəlif şüarlar səsləndirən qruplar ortaya çıxdı. Bunlar piket təşkilatçılarının hökuməti təxribata çıkmək üçün qurduqları oyun idimi? Yoxsa piket təşkilatçılarının  iradəsindən kənar formalaşmış, onlardan bir vasitə olaraq istifadə etmək istəyən  hansısa qüvvənin təmsilçiləri idilərmi?

 

Hər iki halda məsuliyyət piket təşkilatçılarının üzərinə düşür. Əgər polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s bu kimi əməllər piket təşkilatçılarının özlərinin məkrli planları idisə, çox pis. Deməli, hələ də, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu qruplar ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışırlar. Əgər həmin nizamsız qruplar onların iradəsindən kənar formalaşıbsa, onda daha pis. Deməli, təşkilatçılar öz vədlərinə əməl edə bilmirlər, piketlərin dinc şəraitdə, zərərsiz ötüşməsini təmin etməyi bacarmırlar. 

 

Hər nədirsə, 8 oktyabr piketi AXCP-"Milli Şura" idarəçilərinin bacarıqsız və məkrli olmaları, təhlükəli oyunlara baş vurduqları faktını bir daha üzə çıxardı.

 

Yaxşı ki, Azərbaycan polisi və hakimiyyət qurumları adekvat davrandılar. Planlaşdırılan təxribatların qarşısı alındı. Nə Londona bənzər yüzlərlə adam həbs edilmədi, nə də İraqa bənzər aksiya iştirakçılarına zor tətbiq edilmədi. Təxribatçılar üsulluca zərərsizləşdirildilər, avtobuslara topladılıb evlərinə yola salındılar.

Bu da asayişi təmin etməyin Azərbaycan modelidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Zaman-zaman bir-birinin qanını içməyə hazır olanların birlik sərgisi

Yaraları sağaldır, qanaxmanı dayandırır