Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi

15:48 10-10-2019 | icon 461 | Cəmiyyət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi

Bu gün saat 11.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi "Facebook" səhifəsində canlı yayımda ilk “Sosial saat”ı təqdim edib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, “Sosial saat”ın ilk yayımı əmək pensiyasının minimum məbləğinin artırılması mövzusuna aid idi. Yayımın vaxtı, mövzusu və dəvət edilmiş qonaq barədə əvvəlcədən ictimaiyyətə məlumatlar verilmişdi.

 

Yayım zamanı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov əmək pensiyasının minimum məbləğinin artırılması, ümumən pensiya və müavinət təminatı, aparılan sosial islahatlarla bağlı vətəndaşların suallarına aydınlıq gətirdi.

 

Bir saat davam edən yayım zamanı şərh bölməsinə yazılan ümumilikdə 181-dən çox vətəndaş müraciəti cavablandırıldı.

 

Canlı yayıma müxtəlif vaxtlarda ümumilikdə 1700-dən çox istifadəçi qoşulub və canlı yayım 60 nəfər tərəfindən paylaşılıb.

“Sosial saat” öz fəaliyyətini açıq nazirlik statusuna uyğun quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə daha açıq olmaq və vətəndaş suallarını daha operativ şəkildə cavablandırmaq məqsədi daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI