Kolumbiya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

19:01 10-10-2019 | icon 399 | Mədəniyyət
Kolumbiya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Oktyabrın 10-da Mədəniyyət naziri Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

 

Nazirlikdən Versus.Az-ın məlumatına görə, Ə.Qarayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, uğurlar arzulayıb. Mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

 

Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparılıb.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Luis Antonio Dimate Kardenas Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı