MSK prezident seçkilərində yüksək seçici fəallığı gözləyir

16:48 09-04-2018 | icon 711 | Gündəm
MSK prezident seçkilərində yüksək seçici fəallığı gözləyir

Aprelin 11-i keçiriləcək prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir.

 

Versus.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb:

 

“Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən, prezident seçkilərində fəallıq yüksək olur”.

 

Qeyd edək ki, 2013-cü il prezident seçkilərində 72 faiz, 2008-ci ildə 75 faiz, 2003-cü iləd 62 faiz fəallıq qeydə alınmışdı.

M.Pənahov onu da bildirib ki, MSK 900-ə yaxın beynəlxalq və 60 mindən çox yerli müşahidəçi qeydə alıb. KİV-lər 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı