Xalq şairi 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək

08:21 11-10-2019 | icon 428 | Mədəniyyət
Xalq şairi 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək

Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur.

 

Versus.Az xəbər verir ki, bu münasibətlə, 2019-cu ilin oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir.

 

Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunmuşdur. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

 

Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş bu şəxsiyyət çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olmuşdur. Böyük şair ilk məktəbi Bakı fəhlə sinfi içərisində keçmişdir. O, özünün ana dili olan ləzgi dilində yazdığı kimi, bir sıra şeirlərini qardaş Azərbaycan xalqının dilində yaratmışdır. Onun Azərbaycan və Dağıstan xalqlarının dostluğunu tərənnüm edən şeirləri əvəzsiz poeziya nümunələridir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol