"Azərbaycanla Çin iqtisadiyyat və siyasət sahələrində əməkdaşlıq üçün böyük perspektivə malikdir"

10:21 11-10-2019 | icon 309 | Siyasət
"Azərbaycanla Çin iqtisadiyyat və siyasət sahələrində əməkdaşlıq üçün böyük perspektivə malikdir"

Azərbaycanla Çin arasındakı münasibətlər son illərdə bir çox məsələlər üzrə ardıcıllıq və qarşılıqlı anlaşma ilə xarakterizə olunur, “İpək Yolu İqtisadi Kəməri” layihəsinin icrası isə ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verir və Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə kimi əhəmiyyətini artırır.

 

Versus.Az xəbər verir ki, bunu Qərb Universitetinin professoru, ekspert Fikrət Sadıqov deyib.

 

Onun sözlərinə görə, Çin bu layihədə çox maraqlıdır, çünki bu, Çin yüklərinin ölkəmizin ərazisindən keçməsini nəzərdə tutur:

“Ümumilikdə Çinlə Azərbaycan arasında qarşılıqlı münasibətlər ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın geniş spektri, eləcə də irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması sayəsində kifayət qədər perspektivlidir. Çin Azərbaycanla əməkdaşlığa aşkar maraq göstərir, çünki ölkəmiz faktiki olaraq Avropa və Asiya arasında beynəlxalq yükdaşımalar üçün nəqliyyat qovşağına çevrilib”.

 

Ekspert həmçinin Azərbaycanla Çin arasında siyasi əlaqələrin yüksək əhəmiyyətini qeyd edib:

“Çin ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəkləyir və dövlətimizin milli sərhədlərinin toxunulmazlığının tərəfdarıdır. Bizim üçün Çinin bu faktı tanıması böyük əhəmiyyət kəsb edir, bu, öz növbəsində siyasi dialoqun dəstəklənməsi üçün stimuldur”. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol