Balakən III Xurma festivalına hazırlaşır /FOTO/

11:34 11-10-2019 | icon 368 | Mədəniyyət
Balakən III Xurma festivalına hazırlaşır /FOTO/

Oktyabrın 26-da Balakən rayonunda III Xurma festivalı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

 

Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər.

 

Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzəcəklər.

Sonra Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya olacaq, xurma ağacları əkiləcək.

 

Festivalın rəsmi açılış mərasimi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olacaq.

Festivala dəvət olunan qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar.

III Xurma festivalı konsert proqramı ilə başa çatacaq.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol