“Əminəm ki, bütün Azərbaycan xalqı bu aksiyada iştirak edəcək”

14:27 11-10-2019 | icon 292 | Siyasət
“Əminəm ki, bütün Azərbaycan xalqı bu aksiyada iştirak edəcək”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə deyib.

O bildirib: "Mən də bu ölkənin bir vətəndaşı olaraq bu aksiyada iştirak etmək istərdim, həm də uşaqlarımla birgə. Çünki böyüyən nəslə uşaqlıqdan ekologiyaya və doğma torpağa sevgi aşılamaq lazımdır. Mən öz həyatımda çox ağac əkmişəm, amma bu təşəbbüs çərçivəsində yaşadığım hər il üçün bir ağac, yəni 48 ağac əkmək istərdim”.

 

Əməkdar artistin sözlərinə görə, Nəsimi böyük şair və dünya əhəmiyyətli mütəfəkkirdir, onun irsinin qorunması böyük humanitar missiyadır:

“Əminəm ki, bütün Azərbaycan xalqı Mehriban Əliyevanın təşəbbüsünü dəstəkləyəcək və bu aksiyada iştirak edəcək”.

 

B.Bağırzadə, həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması təklifinin qısa zamanda reallaşdırılması üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya səmimi təşəkkürünü bildirib. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı